“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda kriptovalyuta dövlət nəfinə müsadirə edilib - İlk dəfə

Tarix 24.08.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzFakt.com xəbər verir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.

Belə ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər.

B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.

Eyni zamanda, hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş "Binance" beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.

Vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bununla yanaşı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa düşülür.

Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır.

Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.



Xəbərin oxunma sayı : 148




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap