“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pezeşkian ABŞ-a xəbərdarlıq etdi - “Heç nəyə nail ola bilməyəcəksiniz...”

Tarix 26.08.26, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti Məsud Pezeşkian ABŞ-nın yeni sanksiya və iqtisadi təzyiq siyasətinin heç bir nəticə verməyəcəyini bəyan edib.

İranın ISNA agentliyinin məlumatına görə, ölkə başçısı Vaşinqtonun son addımlarını şərh edərkən iqtisadi müharibənin təsirsiz olacağını vurğulayıb.

“Amerika bu mərhələdə iqtisadi təzyiqlə heç nəyə nail ola bilməyəcək - necə ki, müharibə dövründə də heç nəyə çatığ bilməmişdi” -deyə, o, bildirib. 

Pezeşkian Tehranın dialoq tərəfdarı olduğunu, lakin təzyiqlərə də boyun əyməyəcəyini əlavə edib: “Bizim prinsipimiz problemləri anlamaq və onları dialoq, danışıqlar yolu ilə həll etməkdir. Lakin eyni zamanda, indiyədək etdiyimiz kimi, iqtisadi təzyiqlərə də qətiyyətlə müqavimət göstərəcəyik”.

Xatırladaq ki, ABŞ Maliyyə naziri Skott Besant həftənin əvvəlində İranı “iqtisadi olaraq boğma” planını açıqlayıb. O, bu plana qoşulmayan ölkələrin ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, iki ölkə arasında strateji əhəmiyyətə malik Hörmüz boğazının nəzarəti ilə bağlı yaranan fikir ayrılığı danışıqlar prosesini dalana dirəyib.

Vaşinqton 28 fevralda başlayan hərbi əməliyyatlardan öncə var olan sərbəst gəmiçilik rejiminin bərpasını tələb edir. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun su yolu üzərində “tam nəzarətə” sahib olduğunu bəyan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bu iddiaları rədd edərək Hörmüz boğazının tam olaraq Tehranın nəzarətində olduğunu və İranın icazəsi olmadan heç bir gəminin bu su yolundan keçə bilməyəcəyini vurğulayıb.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap