“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Polad Bülbüloğlu kiminlə evlənib? - Tanınmış rəqqasədir + FOTO

Tarix 26.08.26, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı mediada yeni məlumat yayılıb. Onun üçüncü dəfə ailə həyatı qurduğu bildirilir.

AzFakt.com Publika.az-a istinadən xəbər verir ki, P.Bülbüloğlunun yeni həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır.

1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur. 

E.Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə söykənir.

Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş “Qayıdış” adlı yubiley gecəsinin baş baletmeysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb.

Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.






Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap