“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırdı - Kürdəmirdə saxlanıldı

Tarix 27.08.26, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda avtoyuma məntəqəsində müştərinin avtomobilini götürərək Gəncəyə aparmaq istəyən avtoyuyucuya hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Göygöl rayonunun Toğana kəndində anadan olmuş, Azərbaycan vətəndaşı, subay, orta təhsilli və avtoyuyucu işləyən S.D. barəsində Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya digər nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə – qaçırma) maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs Xətai rayonu, R. Məmmədov küçəsi 24 ünvanında yerləşən avtoyuma məntəqəsində işləyib.

Zərərçəkmiş M.T. 2012-ci il istehsalı olan “Subaru Forester” markalı, 99-TE-554 dövlət qeydiyyat nişanlı avtomobilini həmin avtoyuma məntəqəsində işləyən S.D.-yə yumaq üçün verib.

Təqsirləndirilən şəxs avtoyuma məntəqəsində yuyulmalı avtomobillərin çox olduğunu bəhanə edərək zərərçəkmişə avtomobili ertəsi gün yuyub təhvil verəcəyini deyib.

Elə həmin gün S.D. sözügedən avtomobillə Gəncə şəhərinə, dostu Seymurun yanına getmək qərarına gəlib. Hadisə günü saat 16:00 radələrində avtomobili sürərək Gəncə istiqamətində yola düşüb.

Zərərçəkmişin şikayəti əsasında S.D. saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs məhkəmədə əməlindən səmimi peşman olduğunu və bir daha analoji hal törətməyəcəyini bildirib, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə S.D. 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.



Xəbərin oxunma sayı : 481




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap