“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azyaşlının ayağı avtobusun qapısında qaldı - Sürücü cəzalandırılacaq + FOTO

Tarix 20.08.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


150 nömrəli marşrut avtobusunda azyaşlı qapının arasında qalaraq xəsarət alıb.

AzFakt.com lent.az-a istinadən bildirir ki, bu barədə azyaşlının valideyni paylaşım edib.

Ananın sözlərinə görə dünən saat beş-altı radələrində 150 nömrəli (90-JQ-261) dövlət nəqliyyat nişanlı marşrut avtobusunda iki azyaşlı övladı dayanacaqda düşmək istəyib. Lakin sürücü qapını dərhal bağladığı üçün uşaqlardan birinin ayağı qapının arasında qalıb əzilərək, qanayıb. Sürücü onları düşürərək, heç bir üzr istəmədən yoluna davam edib.

Məsələ ilə bağlı "BakuBus"dan bildirilib ki, 150 nömrəli marşrut xətti üzrə daxil olan şikayət dərhal nəzarətə götürülüb və avtobusun daxili kameraları vasitəsilə operativ şəkildə araşdırılıb:

"Görüntülərə əsasən, sərnişinlərin enişi zamanı sürücünün ehtiyatsızlıq və tələskənliyə yol verdiyi, nəticədə qapının vaxtından əvvəl bağlandığı təsdiqini tapıb. Baş verən xoşagəlməz hala görə təəssüfümüzü ifadə edirik.

Qeyd edək ki, sözügedən sürücü ilə bağlı daxili nizam-intizam qaydalarına uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görüləcək.

Sərnişinlərimizin, xüsusilə də azyaşlıların təhlükəsizliyi və rahatlığı bizim üçün hər zaman ən ali prioritetdir. Gələcəkdə bənzər halların təkrarlanmaması üçün müvafiq təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək".




Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap