“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır

Tarix 08.07.26, 8:35

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Çempionatında 1/8 final mərhələsinə yekun vurulub və turnirin 1/4 final cütləri müəyyənləşib.

AzFakt.com xəbər verir ki, dünya çempionluğu uğrunda mübarizəni səkkiz komanda davam etdirəcək.

1/4 final cütləri

Fransa – Mərakeş (10 iyul, Boston)

İspaniya – Belçika (11 iyul, Los-Anceles)

Norveç – İngiltərə (12 iyul, Mayami)

Argentina – İsveçrə (12 iyul, Kanzas Siti)

Fransa ilə Mərakeş 2022-ci il Dünya Çempionatının yarımfinalından sonra yenidən üz-üzə gələcək. Həmin görüşdə Fransa 2:0 hesablı qələbə qazanmışdı. Mərakeş isə bu dəfə həm revanş almaq, həm də tarix yazmaq istəyir.

İspaniya ilə Belçika DÇ-də üçüncü dəfə qarşılaşacaq. 1986-cı ildə Belçika penaltilər seriyasında qalib gəlmiş, 1990-cı ildə isə İspaniya rəqibindən revanş almışdı. İspanlar 1/8 finalda Portuqaliyanı, belçikalılar isə ev sahibi ABŞ-ni mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəliblər.

Norveç və İngiltərə DÇ tarixində ilk dəfə qarşılaşacaq. Turnirin sürpriz komandalarından olan Norveç əvvəlcə Fil Dişi Sahilini, ardından isə Braziliyanı məğlub edib. İngiltərə isə Konqo və Meksika üzərində qələbələrlə növbəti mərhələyə yüksəlib.

Argentina ilə İsveçrə DÇ-də üçüncü dəfə üz-üzə gələcək. Argentinalılar əvvəlki iki qarşılaşmanın hər ikisində qalib gəlib. Lionel Messinin kapitanı olduğu son dünya çempionu ardıcıl ikinci titul uğrunda mübarizəsini davam etdirir.

Turnirdə mübarizəni davam etdirən səkkiz komandadan altısı Avropanı, biri Cənubi Amerikanı, biri isə Afrikanı təmsil edir. Dörddəbir finalda dünya çempionu olmuş Fransa, İspaniya, İngiltərə və Argentina tarixində ilk dəfə dünya kubokunu qazanmağa çalışan Mərakeş, Belçika, Norveç və İsveçrə ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın mübarizəni dayandırmasından sonra DÇ-nin qalan bütün oyunları ABŞ-də keçiriləcək.



Xəbərin oxunma sayı : 115




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap