| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar - SİYAHI
Tarix 03.07.26, 15:14 |
|
Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəziləri illərlə azadlıqdan məhrum edildi, bəziləri isə inzibati həbs cəzası aldı.
AzFakt.com "Yeni Sabah” son illərdə həbs olunan məşhur qadınların siyahısını və onların hansı səbəbdən həbs edildiklərini araşdırıb:
2026 – "TikTok” fenomeni İlduzə Hacıyeva (Arzum 9999)
"TikTok”da "Arzum 9999” adı ilə tanınan bloger İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə mühakimə olundu. Ötən gün məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum etdi. İş üzrə müəyyən edildi ki, qəza nəticəsində bir nəfər həyatını itirib. Hökm ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
2025 – Rəqsanə İsmayılova
Müğənni Rəqsanə İsmayılova 16 avqust 2025-ci ildə Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaqın məlumatına görə, o, iki zərərçəkmişə məxsus ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra ifaçı ev dustaqlığına buraxıldı
2025 – Dəniz Əsədova
Müğənni Dəniz Əsədova xüsusi ittiham qaydasında baxılan cinayət işi üzrə məhkəmə prosesində ötən il həbs edilib. O, məhkəmə zalındaca qandallanaraq Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdi.
2025 – Günay Əliyeva
"TikTok” fenomeni Günay Əliyeva əxlaqsızlığın təbliği və təşkilinə dair cinayət işi çərçivəsində saxlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, bu iş üzrə həbs olunan bir neçə sosial media fenomenindən biri idi. Hadisə həmin vaxt sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.
2025 – Quanna Quliyeva
Bloger Quanna Quliyeva da eyni cinayət işi üzrə həbs edilən məşhurlardan idi. İstintaq onun sosial şəbəkə fəaliyyəti ilə bağlı irəli sürülən ittihamları araşdırıb və onun barəsində həbs qətimkan tədbiri seçmişdi. İş uzun müddət medianın diqqətində qaldı.
2025 – Nurdan Yusifova
"TikTok” istifadəçisi Nurdan Yusifova da eyni əməliyyat zamanı saxlanılan şəxslərdən idi. O, cinayət işi çərçivəsində həbs olunmuşdu. İttihamlar əxlaqsızlığın təşkili və təbliği ilə bağlı idi. Onun işi digər fenomenlərlə birlikdə araşdırılmışdı.
2024 – Çelsi Baxşıyeva
Sosial media fenomeni Çelsi Baxşıyeva inzibati xəta törətməkdə təqsirli bilinərək 30 sutka inzibati həbs almışdı. Ona qarşı xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri tətbiq edilmişdi. O, 30 sutkalıq inzibati həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb və sosial şəbəkələrdə fəaliyyətini bərpa edib.
2024 – Arzuxanım Həsənova
Müğənni Arzuxanım Həsənova 2024-cü ildə narkotik vasitədən istifadə ilə bağlı əməliyyat məlumatı əsasında polis tərəfindən saxlanılıb. Təyin edilən ekspertizanın nəticələrinə əsasən, onun qanında psixotrop maddə - metamfetamin aşkar edildiyi bildirilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona əvvəlcə 15 sutka inzibati həbs təyin etsə də, ictimai mövqeyi və ailə vəziyyəti nəzərə alınaraq cəza 5 sutka inzibati həbslə əvəz olunub.
2023 – Təranə Səmədova
Prodüser Təranə Səmədova insan alveri və qadınları cinsi istismara cəlb etmə ittihamı ilə həbs edildi. Məhkəmə onu təqsirli bilərək azadlıqdan məhrum edib. Bu, onun barəsində qaldırılan ilk cinayət işi deyildi, bundan əvvəl də o insan alverinə görə cəza almışdı. Məhkəmənin hökmü ilə o, 2023-cü ildə 6 il azadlıqdan məhrum edilib.
2017 – Fədayə Laçın
Müğənni Fədayə Laçın Bakı-Astara qatarından qaçan məhbusların qaçışına kömək etməkdə ittiham olunub. O, həbs edilərək istintaqa cəlb edilmişdi. Sonradan məhkəmə ona 5 il azadlıqdan məhrumetmə cəzası verdi, daha sonra cəzası azaldıldı. 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Sonradan mühafizə altından qaçan Əli Ağami həbs olunmuş, Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülmüşdü. Fədayə Laçın "Qoca” ilə sevgi münasibətində idi. Bu hadisə Azərbaycan şou-biznesinin ən səs-küylü cinayət işlərindən biri hesab olunur.
2015 – Maral Tahirqızı
Müğənni Maral Tahirqızı əxlaqsızlıq yuvası təşkil etmək ittihamı ilə saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Bir müddət sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilərək buraxılmışdı.
2013 – Gülər Əhmədova
Keçmiş deputat Gülər Əhmədova deputat mandatının satılması ilə bağlı qalmaqallı cinayət işi üzrə həbs olunmuşdu. O, dələduzluq və nüfuz alverində təqsirli bilinərək məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir müddət sonra cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz olundu və o, azadlığa buraxıldı. Bu iş uzun müddət Azərbaycanın ən çox müzakirə olunan siyasi qalmaqallarından biri oldu.
2000-ci illər – Dinarə Məmmədova
İki dəfə "Miss Azerbaijan" titulunu qazanan keçmiş model Dinarə Məmmədova hazırda Rusiyada qadın həbsxanasında cəza çəkir. O, dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkib, hazırda o, azadlıqdadırş Dinarə Məmmədova 2003-cü ildə, 17 yaşında "Miss Azerbaijan" seçilib, daha sonra ikinci dəfə eyni titulun sahibi olub və "Miss Avropa" müsabiqəsinə dəvət alıb. Onun sözlərinə görə, Rusiyada ortağına etibar etməsi nəticəsində adından istifadə olunub, geri qayıtdıqda isə barəsində çoxsaylı şikayətlər verildiyini öyrənib və cinayət işi üzrə həbs edilmişdi.
Xəbərin oxunma sayı : 532
Hadisə
Xəbərlər
-
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Qarabağ“ daha bir transferi açıqladı - VİDEO
-
Həmin şəxs barəsində araşdırma aparılır - Dövlət İmtahan Mərkəzi
-
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
-
Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? - Siyahı
-
Magistraturada yenə 99 bal topladı: “Bu nəticəni gözləyirdim“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Almaniya sosial mediaya yaş həddi tətbiqini müzakirə edir - “Deutsche Welle”
-
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
-
Özəl klinikalarda yoxlama aparılıb - 14 tibb müəssisəsi cərimələnib
-
Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO
-
Konqoda Eboladan ölənlərin sayı artdı: Virusa qarşı dərman sınaqlarına başlanıldı
-
Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? - CƏDVƏL
-
Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar - SİYAHI
-
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
-
İsrail Əraqçi və Qalibafı öldürməsin deyə ABŞ İrana məlumat ötürüb - “The Washington Post”
-
“Nar” Gəncədə tələbələr üçün təlimlər təşkil etdi - Fotolar
-
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
-
Deputatlar bu tarixdə toplanacaq: hansı qanunlar dəyişir?
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ
-
“Sabah“ transferlərə nə qədər pul xərcləyib? - Britaniya mətbuatı açıqladı
-
Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü - FOTO
-
Prezident “Qaz təchizatı haqqında“ fərman imzaladı - DETALLAR
-
Bakıda marşrut avtobusu ağaca çırpıldı - Çox sayda xəsarət alan var
-
“Azenco”da 3 milyon manatlıq qalmaqal - Keçmiş direktor həbs edildi
-
Tibb Universiteti bu şirkətlə sövdələşdi - 2 845 160 manatlıq alqı-satqı olacaq
-
Qatar bərpa edilidi - Gürcüstana gedənlərin sayı artdı?
-
Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi - FOTO
-
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərdi - MƏTN
-
Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir
-
“Nuka“ MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO
-
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
-
Ləman Ələşrəfqızının pulu qaytarıldı - Dələduz saxlanıldı
-
Xamenei ilə Tehranda vida mərasimi keçirilir - FOTOLAR
-
“Arzum“ ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı
-
Hadisə analıq arzusundan danışdı - “Hazıram”
-
Venesuelada zəlzələdə ölənlərin sayı 3 minə çatıb - Fotolar
-
Portuqaliya Xorvatiyanı, İsveçrə Əlcəzairi yendi - VİDEO
-
Silahlılar Mərkəzi Afrikada sərhəd şəhərini ələ keçirdi - 28 ölü
-
500 nömrəli avtobuslarda kondisioner niyə işləmir? - VİDEO
-
Xərçəngə qarşı güclü qoruyucu təsirə malik - Qidalar
-
Bakının dörd rayonunda işıq olmayacaq - Xəbərdarlıq
-
“Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
-
“Argentinaya qalib gəlmək şansımız 100 faizdir“ - Kabo Verde prezidenti
-
“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz +Video
-
Suriyada şok təyinat: aktrisa parlamentə düşdü, mühafizəkarlar ayağa qalxdı
-
Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - VİDEO
-
Közərmə lampalarının dövriyyədən çıxarılması prosesi davam edir - VİDEO
-
Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur - Cinayət işi açılıb
-
Azərbaycanlı gəncin böyrəyi qanunsuz transplantasiyada istifadə olunub - Hökm elan olundu
-
“Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq“ - Zelenski
-
Son 5 ilin ən böyük avtomobil istehsalçıları - SİYAHI
-
Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
-
Paşinyan Koçaryandan danışıb - “Hamısı həbs olunacaq“
-
Sabah maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Milli Məclisdə yeni təyinat - Spikerə köməkçi təyin edildi + FOTO
-
İran-ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda keçiriləcək - “Al Hadath”
-
Azərbaycan Ordusunun sülhməramlı bölmələri hansı ölkələrdə fəaliyyət göstərib? - HESABAT
-
“Bank of Baku“nun kredit portfeli 21% artıb, avtokreditlər isə azalıb - Rəqəmlər
-
281 milyon manata yaxın azalma - Azərbaycana gələn turistlərlə bağlı STATİSTİKA
-
Avropanın ABŞ-dan asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır - “Bloomberg“
-
“Bu şəxslər universitetdən xaric oluna bilərlər” - XƏBƏRDARLIQ
-
Netanyahudan ABŞ-ı sarsıdan qərar: “Amerikanın maliyyə yardımından imtina edirik“
-
Simonyan Paşinyandan ayrıldı - “Mandatı götürməyəcəm, prezidentliyə isə...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 nəqliyyat vasitəsi 25% endirimlə təkrar hərraca çıxarılır - QİYMƏTLƏR
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN
-
Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
-
“Lazım gələrsə, SEPAH-a 100 milyon barel neft ayırarıq” - Pezeşkian
-
AAYDA-ya məxsus idarələr ləğv olundu - SİYAHI
-
“Toyuq kəsimi sexlərindəki vəziyyət ürəkaçan deyil” - Açıqlama
-
Bəzi dərmanlar satışdan kənarlaşdırıldı - SƏBƏB
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır - Bu tarixdən
-
Beyləqanda Polis Günü qeyd edildi - FOTOLAR
-
Agentlikdən xəbərdarlıq - Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
-
Xamenei ilə vida mərasiminə bu ölkələrin nümayəndələri qatılacaq - Azərbaycandan isə...
-
ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
Gənclərin ən çox və ən az yaşadığı rayonlar - TAM SİYAHI
-
“Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb“ - VİDEO
-
Xalqa və dövlətə xidmət təntənəsi - VİDEO+FOTOLAR
-
Alyona Əliyeva moda nümayişini izlədi - FOTOLAR
-
Sabah Bakının 4 rayonunun bu ərazilərində su olmayacaq - Xəbərdarlıq
-
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
-
“Arzum 9999“a hökm oxundu - Məhkəmə zalında həbs olundu
-
Xüsusi şərtlərlə pensiya alanların sayı artdı - DSMF-dən yeni statistika
-
Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - TƏFƏRRÜAT
-
Qazaxıstandan Rusiyaya humanitar yardım - 50 min ton benzin göndəriləcək
-
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi - MƏTN
-
Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
-
Nəsimi rayonunda minib-düşmə yeri zəbt edilib - VİDEO
-
Azərbaycanda ət bahalaşa bilər... - Heyvan idxalında yeni qaydalar
-
Lyayenin Azərbaycana səfəri başa çatdı - FOTOLAR
-
Sabunçuda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO
-
Belçikadan inanılmaz geridönüş, ABŞ-dan növbəti qələbə - İcmallar
-
Xaricdən idxal edilən toyuq ətinə tələb artıb - VİDEO
-
Azərbaycanda işlənmiş avtomobil ehtiyat hissələri kəskin bahalaşıb - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İngiltərə çətin qələbə ilə 1/8 finalda - VİDEO
-
Ağ Ev İran məsələsində Avropa müttəfiqlərindən məyusdur - Rutte
-
“Ləman xanım, xəstəxanadayam, 2-3 saata...“ - İqbal Ağazadənin adı ilə aldadıldı
-
“Ah-uh etməyin!” - Matviyenko rusları yanacaq böhranına dözməyə çağırır
-
Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
-
İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
NATO-nun Ankara sammitində Ukraynaya uzunmüddətli dəstək məsələsi müzakirə olunacaq - Rütte
-
Bakıda körpünün dirəklərinin ətrafında asfalt çöküb - VİDEO
-
“Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir” - İlham Əliyev
-
Ermənistan Moldova ssenarisini təkrarlaya bilər - Zaxarova
-
Rəsmi sənədlər açıqlandı: Tramp ailəsi kriptovalyutadan nə qədər qazanıb?
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq - Bu rayonlarda
-
Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - FOTOLAR
-
Azərbaycanda mal-qara birjada satılacaq - İKİ fərqli RƏY
-
Milyarderlərin gizləndiyi ölkəni Bakı ilə nə bağlayır? - VİDEO
-
Dünyanın ən böyük mineral ehtiyatları hansı ölkələrin nəzarətindədir? - Siyahı
-
İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşdü - FOTOLAR
-
“ABŞ Təl-Əvivdəki ev heyvanını cilovlamalıdır” - Əraqçıdan sərt reaksiya
-
Gülməmmədov tenderlərlə bağlı nə demək istəyib? - İqtisadçı açıqladı
-
Pirşağı sakini: “Camaat buradan qayıqla gedir“ - VİDEO
-
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
TOP 10
ARXİV






