“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Həsən bəy Zərdabinin doğum günüdür - 189 yaşı tamam olur

Tarix 28.06.26, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan milli mətbuatının əsasını qoymuş, maarifçi və ziyalı Həsən bəy Zərdabinin anadan olmasından 189 il ötür.

AzFakt.com xatırladır ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. O, ilk təhsilini mollaxanada alıb, orta məktəbi Tiflisdə bitirib. Daha sonra Moskva Universitetinə qəbul olunaraq təbiət elmləri üzrə ixtisaslaşıb.

1869-cu ildən etibarən Bakı şəhərində rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edən Həsən bəy Zərdabi maarifçilik və mədəni həyatın inkişafı üçün fəal çalışıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını səhnəyə qoyaraq Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında da yaxından iştirak edib.

Zərdabinin ən böyük tarixi xidməti isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi"nin nəşrə başlaması olub. Sadə xalqın maariflənməsinə xidmət edən bu qəzet cəmi iki il fəaliyyət göstərə bilib və 1877-ci il sentyabrın 29-da çapı dayandırılıb.

O, həmçinin 1880-1890-cı illərdə o, "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" kimi dövrün nüfuzlu qəzetlərində Azərbaycan və rus dillərində elmi-kütləvi məqalələrlə çıxış edib.

Ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Onun məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu böyük maarifçinin adını daşıyır.



Xəbərin oxunma sayı : 121




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap