“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Həmin şəxs barəsində araşdırma aparılır - Dövlət İmtahan Mərkəzi

Tarix 03.07.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Digər imtahanlarda olduğu kimi, qabiliyyət imtahanlarına da giriş zamanı iştirakçıların identifikasiyası aparılır.

AzFakt.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Eltun Süleymanov APA-nın sualını cavablandırarkən deyib.

O bildirib ki, dünən keçirilən qabiliyyət imtahanına giriş zamanı bir nəfərin digər abituriyentin yerinə imtahana daxil olmağa cəhd etdiyi aşkarlanıb və bunun qarşısı alınıb.

"Hadisə ilə əlaqədar imtahanda iştirak etməli olan abituriyentin builki Dövlət İmtahan Mərkəzi üzrə bütün imtahan nəticələri ləğv edilib.

O, bu il ixtisas seçimində və ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edə bilməyəcək. Başqasının yerinə imtahana girməyə cəhd edən şəxs barəsində isə müvafiq sənədlər hazırlanaraq hüquq-mühafizə orqanlarına təqdim edilib. Hazırda faktla bağlı araşdırma aparılır”, – sektor müdiri qeyd edib.

Eltun Süleymanov əlavə edib ki, qabiliyyət imtahanlarında belə hallara çox nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, hadisədə iştirak edən iki şəxs tamamilə fərqli şəxslərdir və onların arasında hər hansı ailə əlaqəsi yoxdur.



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap