“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda mal-qara birjada satılacaq - İKİ fərqli RƏY

Tarix 01.07.26, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.

AQTA sərdi bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib: “Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı”.

Q.Təhməzli deyib ki, idxal və ixrac sahəsində rəqəmsallaşma artıq 100 faiz təmin edilib: “Digər istiqamətlərdə isə rəqəmsallaşma səviyyəsi 94 faizi ötüb. Bu proses tam başa çatdıqdan və heyvanların identifikasiyası yekunlaşdıqdan sonra məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları tətbiq edilsin. Belə olan halda alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək”.

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Musavat.com-a şərhində təklifi o qədər də müsbət qarşılamadığını bildirib:

“Bazarların sanitariya normalarına uyğunlaşdırılması üçün böyük işlər görülür. Buna qismən nail olunub. O ki qaldı heyvan bazarlarının fiziki yox, birja formasında təşkilinə, mən bunun qəti əleyhinəyəm. Birjada qiymətlər adətən yüksək olur. Bu da istehlakçılar üçün izafi xərc deməkdir. Lakin ayrı-ayrı alış-veriş şəbəkələri heyvanları birbaşa fermerlərdən alıb, öz kəsim məntəqələrində kəsərək satırlar. Hesab edirəm ki, bu, yaxşı təcrübədir. Çünki prosesdə üçüncü subyektlər iştirak etmir”.

Birbaşa xarici investisiyalar ölkəyə həm kapital, həm də texnologiya  gətirir” - Xalid Kərimli | news365.az

İqtisadçı Xalid Kərimlinin fikrincə isə, rəqəmsal platformalara keçid müsbət nəticələr yaradacaq.

O, Musavat.com-a şərhində bildirib ki, bu, informasiyanın sürətli və şəffaf şəkildə əldə olunmasına gətirib çıxaracaq: “Bu, heyvan satışı bazarları bağlanmasa, uğurlu olacaq. Ticarət platforması paralel qaydada inkişaf etdirilməlidir. Heyvanların birjalarda satılması beynəlxalq təcrübədə geniş istifadə olunur.

Bu satış formasının bir çox müsbət tərəfi var. Belə ki, alıcı bütün məlumatları - heyvanın mənşəyi, sortu və s. rahat şəkildə əldə edə biləcək. Bu da risklərin aşağı düşməsi deməkdir. Bu, qiymətin ədalətsiz formalaşmasının qarşısını alacaq, eyni zamanda, xəstəliklərin yaranma riski azaldacaq. Satış üçün bazara aparılan heyvanlar satılmadıqda geri qaytarılır, yəni logistika xərclərini də nəzərə almaq lazımdır. Bundan başqa, bazarda oturan vasitəçilərə ehtiyac olmayacaq.

Bununla yanaşı, bu, o qədər də asan proses deyil. Fermerlərin əksəriyyətinin rəqəmsal savadlılığı kifayət səviyyədə deyil, alış-veriş elektron qaydada olduqda, onlar sistemə etimad etməlidirlər. Eyni zamanda, internet əlçatanlığı amili var. Heyvan satışının birjalarda edilməsi tədricən həyata keçirilməlidir. Azərbaycanda bu təcrübənin tətbiq edilməsini dəstəkləyirəm”.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap