“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi

Tarix 29.06.26, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".

Bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ilin iyun ayında İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı səlahiyyətlilər 1600-ə yaxın kiber müdaxilə qeydə alıblar. Onun sözlərinə görə, 2026-cı ilin eyni ayında bu insidentlərin sayı təxminən 4800-ə çatıb.

"Bəzi qruplar çox təcrübəlidir. Biz onlarla mübarizə apara bilərik, lakin bu məsələyə ciddi yanaşmalıyıq. Kinetik sahədən fərqli olaraq, kiberməkanda atəşkəs mövcud deyil", - deyə direktor qeyd edib. Karadi hücumların İsrailin kritik infrastrukturu, mərkəzi təşkilatlar, kiçik və orta müəssisələr, eləcə də əhali tərəfindən istifadə edilən sistemlərə yönəldiyini bildirib. O, zərərçəkənlər arasında hüquq və mühasibat şirkətlərinin də olduğunu vurğulayıb.

"Ümid edirəm ki, bu, gələcəkdə də belə davam edəcək - biz mühüm infrastruktura yönəlmiş hücumları dəf edə bilmişik", - deyə o əlavə edib.

Y.Karadinin sözlərinə görə, nüfuz edilməsi daha asan olan şirkətlər çox vaxt nəticədə öz kompüter sistemlərinə çıxışı itirirdilər. Bununla belə, o, hər hansı bir konkret ad çəkməyib.

İran adətən digər ölkələrə qarşı kiberhücumları həyata keçirdiyini inkar edir, lakin eyni zamanda özünə qarşı edilən hücumlar barədə məlumat verir.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap