“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Səudiyyə Ərəbistanında məşhur şirkətinin helikopteri qəzaya uğradı: 14 ölü

Tarix 28.06.26, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" dövlət neft şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Bu barədə Səudiyyə Mətbuat Agentliyi Energetika Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Hadisə nəticəsində helikopterin göyərtəsində olan 14 nəfərin hamısı həlak olub. Onların hər biri Səudiyyə Ərəbistanı vətəndaşı olub", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, aidiyyəti qurumlar aviaqəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.

Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" şirkətinin iri neft emalı kompleksi, eləcə də dünyanın ən böyük dəniz neft terminallarından biri fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap