“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?

Tarix 29.06.26, 21:03

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub. Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı oxu.az-ın suallarını cavablayan Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:

"Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib. Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.

Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur".



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap