| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Britaniya yenidən Avropaya üz tutur? - “Brexit“dən əvvəlki mövqe dəyişir
Tarix 28.06.26, 9:13 |
|
Avropa və dünya nəhəngi Böyük Britaniya təlatümlü günlər yaşayır. Baş nazir Kir Starmerin istefası ilə eyni vaxtda ölkənin yenidən Avropa İttifaqına (Aİ) geri dönüşü geniş müzakirə olunan məsələlər sırasındadır. 2016-cı ildə keçirilən referendum nəticəsində Böyük Britaniya Aİ-dən çıxdı. Tarixə "Brexit" adı ilə düşən bu qərar Avropa üçün ən mühüm siyasi hadisələrdən biri oldu. Həmin vaxt britaniyalı seçicilərin 52 faizi Aİ-dən ayrılmağa səs versə də, son on ildə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə baş verən dəyişikliklər bu qərarın yenidən müzakirə olunmasına səbəb olub. Bu gün əsas suallardan biri belədir: Britaniya yenidən Aİ-yə qayıda bilərmi?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Brexit"dən əvvəlki mövqe dəyişir
"Brexit" tərəfdarları ilk illərdə hesab edirdilər ki, Aİ-dən çıxmaq Böyük Britaniyaya sərhədlər, miqrasiya siyasəti və iqtisadi qərarlar üzərində daha çox nəzarət imkanı verəcək. Lakin son illərdə aparılan iqtisadi təhlillər göstərir ki, "Brexit" ticarət əlaqələrinin zəifləməsinə, investisiyaların azalmasına və iqtisadi artım tempinin aşağı düşməsinə təsir edib. Bir çox ekspertlər Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşı olan Aİ ilə münasibətlərin əvvəlki səviyyədən uzaqlaşmasının iqtisadi itkilər yaratdığını bildirirlər. Eyni zamanda, bir-birini əvəzləyən Britaniya hökumətləri müxtəlif sahələrdə Aİ ilə əməkdaşlığı genişləndirməyə çalışırlar. Xüsusilə müdafiə, enerji, elm və ticarət sahələrində daha sıx əməkdaşlıq istiqamətində addımlar atılır.

Britaniyalıların əksəriyyəti "Brexit"in nəticələrindən narazıdır
Aparılmış araşdırmaların nəticələrinə görə, hazırda britaniyalıların böyük hissəsi "Brexit"in iqtisadi və sosial nəticələrindən narazıdır. Məsələn, 2022-ci ildən 2024-cü ilə qədər 67 milyonluq ölkədə miqrantların sayı iki milyon nəfər artıb. Avropalılar gedib, onların yerini digər ölkələrin vətəndaşları tutub. "Brexit" üzrə referendumun keçirildiyi 2016-cı ildə Britaniyaya miqrantların gəldiyi ölkələr siyahısında ilk iki yeri Polşa (85 min nəfər) və Rumıniya (75 min) tuturdu. 2023-cü ildə isə Hindistan (250 min) və Nigeriya (140 min nəfər) liderdir. Ötən il miqrasiya kəskin şəkildə azalaraq 170 minə düşüb. Buna baxmayaraq, antimiqrant və anti-Avropa "Reform UK" partiyası sorğularda davamlı olaraq hakim leyboristləri və digər siyasi qüvvələri qabaqlayır. Gənc nəsil arasında isə Aİ-yə qayıdışa dəstək xüsusilə yüksəkdir.
Amma bir reallıq da var ki, Britaniyanın yenidən Aİ-yə üzv olması yaxın perspektivdə elə də asan görünmür.

Yaxın gələcəkdə yox, amma uzunmüddətli perspektivdə istisna edilmir
Rusiyanın Ukraynaya qarşı müharibəsi, ABŞ ilə Avropa arasında dəyişən münasibətlər və qlobal iqtisadi rəqabət Avropa dövlətlərini daha sıx əməkdaşlığa sövq edir. Bu fonda həm Londonda, həm də Brüsseldə Britaniya-Aİ münasibətlərinin dərinləşdirilməsi ideyası daha çox dəstək qazanır. Bir çox analitik hesab edir ki, Böyük Britaniya ilə Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq gələcəkdə daha inteqrasiya olunmuş münasibətlər üçün zəmin yarada bilər. "Britaniya Aİ-yə qayıdacaqmı?" sualına bu gün üçün ən düzgün cavab belədir: yaxın gələcəkdə yox, amma uzunmüddətli perspektivdə bu ehtimal istisna edilmir. Hətta britaniyalılar vahid Avropaya münasibətlərini kökündən dəyişsələr belə, onların fikri işin yalnız yarısıdır. Aİ-nin hər zaman özlərinə xüsusi münasibət tələb edən şıltaq adalıları yenidən ailəyə buraxmaq istəyi də lazımdır.

Aİ-Böyük Britaniya sammiti uğurlu olacaqmı?
Aİ rəhbərliyi "Brexit"dən sonra Böyük Britaniya ilə münasibətlərin dərinləşdirilməsini alqışlayır, lakin ölkənin Aİ-yə mümkün qayıdışının müzakirəsi deyil, Londonla tərəfdaşlığın daha da inkişaf etdirilməsinə diqqət yetirir. Bu, Avropa Şurasının sədri Antoniu Koştanın Brüsseldəki son mətbuat konfransındakı bəyanatlarında da özünü göstərib. "Brexit"dən on il sonra britaniyalıların əksəriyyətinin Aİ-yə qayıdışı dəstəklədiyinə dair sorğuların nəticələri barədə suala cavab verən Koşta bəyan edib ki, son illərin əsas nailiyyəti Brüssel və London arasında münasibətlərin "yenidən işə salınması" olub. Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətlərdə, həmçinin təhlükəsizlik, müdafiə və Ukraynaya dəstək məsələlərində əhəmiyyətli irəliləyişə nail olublar. "Mənim arzum odur ki, biz Birləşmiş Krallıqla münasibətlərimizdəki bu uğurlu yolu davam etdirək", - Koşta deyib. O qeyd edib ki, tərəflər ikinci Aİ-Böyük Britaniya sammitinə böyük səy və həvəslə hazırlaşıblar. "İndi, şübhəsiz, biz onu təxirə salmalı olacağıq, lakin biz bu yeni sammitin keçirilməsi imkanlarını nəzərdən keçiririk", - o deyib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Aİ ilə Böyük Britaniya arasında sabit əlaqələrin vacibliyini vurğulayıb. "Mən Britaniya xalqı ilə möhkəm və sabit münasibətlərin bərpasına ümid edirəm", - o bəyan edib. Maraqlıdır ki, nə Koşta, nə də fon der Lyayen Böyük Britaniyanın Aİ-yə yenidən daxil olması perspektivini birbaşa şərh etməyiblər.
Xəbərin oxunma sayı : 1417
Analiz
Xəbərlər
-
Netanyahunun bu açıqlaması qalmaqal yaratdı - Britaniyadan etiraz
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib - “Bloomberg“
-
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
-
Bitki yağlarında aşkarlanan təhlükəli maddə - Zərərləri nələrdir?
-
Mağazanın tavanı uçdu, qadın xəsarət aldı - VİDEO
-
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - AÇIQLAMA
-
Seçkiyə görə barışdılar - 100 milyon xərcləyəcək
-
Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR
-
Nazirlikdən çimərliklərə gedən vətəndaşlara XƏBƏRDARLIQ
-
“Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm“ - Donald Tramp
-
Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Axmaqlar, onlar bunun necə bir iş olduğunu bilmirlər“ - Lukaşenko
-
Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
-
“Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır” - Ərdoğan
-
“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ
-
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
-
Husilər Moha limanına raketlər - Dronlar və qayıqlarla hücum edib
-
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? - Açıqlama
-
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
-
“Pilot 16“ tikinti şirkəti vətəndaşın evinə ziyan vurub - VİDEO
-
Azərbaycanda zəlzələ - Şimal rayonlarında hiss olundu
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama
-
Şam yeməyini nə vaxt yemək yaxşıdır? - Alimlər uyğun vaxtı açıqladı
-
Bu marşrutların hərəkətinə məhdudiyyət tətbiq edildi - SİYAHI
-
Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsi - Əməkdaşlıq ən yüksək həddə çatıb...
-
Paşinyan II Qaregindən əl çəkmir - Məhkəmə işi icraata götürdü
-
Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlər
-
Yekun tibbi müayinə kimlərə şamil olunur? - Nazirlikdən açıqlama
-
Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? - VİDEO
-
Türkiyə Aİ-yə qəbul edilməyəcəyini yaxşı bilir - Lavrov
-
“Dövlət satınalmalarında 294,3 milyon manat qənaət edilib“ - Sədr müavini
-
Kartdan-karta ianə köçürmələri dayandırılır? - Açıqlama
-
Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var
-
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb - İllər üzrə rəqəmlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
ABŞ artıq İsrail kəşfiyyatına inanmır - “Trampla Netanyahu arasında çatlar yaranıb”
-
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? - VİDEO
-
Mərkəzi Asiya qaranlığa qərq oldu - 4 ölkədə işıqlar söndü
-
“Daha sərt olacağıq...” - Lavrov “qan-qan” deyir
-
Hansı bankın öhdəliyi daha çoxdur? - CƏDVƏL
-
Alıuşağı kəndinin girişində qarayaraya görə post yaradılıb - Fotolar
-
Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın - DİN
-
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
-
Yeni dövlət rüsumları müəyyənləşdi - FƏRMAN
-
Azərbaycanda bir ilk - Qüsursuz İnklüziv Teatr fəaliyyətə başlayır
-
Marketlər bizi belə aldadır: Daha çox pul xərcləməyimiz üçün 7 gizli üsul
-
Naxçıvanın tarixində böyük dirçəliş və inkişaf mərhələsi başlayır
-
“Baku Electronics”dən onlayn alış-veriş etməyin - Müştəri şikayətçidir
-
Pakistan geosiyasi oyunlarda əsas əlaqələndirici ölkəyə çevrilməyə çalışır - Financial Times
-
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar
-
Xameneidən şok qərarlar: SEPAH və orduda yeni komandirlər
-
Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək
-
Mina partlayışlarından 363 nəfər xəsarət alıb - Baş Prokurorluq
-
Türkiyədə “Süleymançılar“a qarşı əməliyyat: 37 şübhəli saxlanıldı
-
Xüsusi qorunan torpaqlarda təsərrüfat fəaliyyətinə icazə - Qanun nə deyir?
-
Niyə davamlı yuxumuz gəlir - Bu yazını mütləq oxuyun
-
Sabahdan metroda dəyişiklik: “Nizami“ və “28 May“ arasında qatar olmayacaq
-
Kamran Əsədov məhkəmədə: “Onlara qarşı tədbir görün“
-
Milyardlarla dollar zərər, yüz minlər müflisləşmə həddində - “Wildberries“ çökür
-
Sığorta şirkətlərinin yığım və ödənişləri bir ildə necə dəyişib? - SİYAHI
-
Naxçıvanın yeni iqtisadi modelinin konturları
-
Hörmüzdən hər gün 8-9 milyon barel neft keçir - ABŞ energetika naziri
-
Bağlı qalan 10 cinayətin üstü açılıb - 130 nəfər saxlanılıb
-
Şimali Koreyadan xəbərdarlıq: “Nüvə müharibəsi həddinə yaxınlaşırıq”
-
IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - SİYAHI
-
“Azeri Light“ yenidən ucuzlaşdı - Neçəyə satılır?
-
Tramp Türkiyədən niyə gizli çıxarılıb? - Yeni detallar
-
Borc bataqlığına düşməmək üçün qızıl qayda - Kredit götürənlərin diqqətinə!
-
Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər
-
Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
-
Böyük Qayıdış davam edir - Ağdam şəhərinə daha 92 ailə ...
-
Naxçıvanın inkişafı daha sürətlənir
-
“Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir“ - Azərbaycan XİN
-
Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb
-
Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Siyahı
-
Konfrans Liqası:“Qarabağ“ “Dinamo“nu məğlub etdi, “pley-off“a çıxdı
-
Filippində plastik fəlakət - musson yağışı zibil selinə səbəb olub
-
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın
-
Bakının mərkəzində tualet DAVASI: saxlanılan var
-
Etibarnaməni ləğv etmək niyə ödənişlidir? - Hüquqşünasdan AÇIQLAMA
-
Tovuzda təbii fəlakət baş verdi - İki nəfər xilas edilib (VİDEO)
-
Oğurlandığı iddia edilən uşaq atasının yanında imiş - DİN açıqladı
-
Pensiyalar neçə faiz artacaq? - Minimum rəqəm bəlli oldu
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
-
“Əhali arasında narahatlıq yaranmasına əsas yoxdur” - Səhiyyə Naziriyi
-
MDB ölkələri axtarışda olanları belə tutacaq - Azərbaycan da razılaşmada
-
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir? - Statistika
-
“Qarabağ“da şok ayrılıq: 2 milyonluq ulduz yarıqiymətinə satılır?
-
Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı - AQTA
-
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
-
Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar
-
Vətən müharibəsi iştirakçısı müavin təyin edildi - Direktor vəzifəsini icra edəcək
-
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət - “Dərhal yüksəkliyə qalxın...“
-
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı - Fotolar
-
İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
-
Fransanın ikiüzlülüyü utandırıcıdır - Abbas Əraqçi
-
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
-
Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?
-
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı
-
“150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar“ - Məleykə Abbaszadə
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
-
Bu il ən az sığorta haqqı toplayan şirkətlər - SİYAHI
-
Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi - ARAŞDIRMA
-
AMB-dən iqtisadi artımla bağlı yeni ssenari: 1,3 faizə çata bilər
-
Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər - Paşinyan
-
Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: “220 manat verdim, 120-si yoxdur!“ - VİDEO
-
Valideynlik hüququndan kimlər məhrum edilə bilər? - Ali Məhkəmə qərar verdi
-
Prezident Almaniyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu il məktəbli formaları neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Trampın növbəti hədəfi bəlli oldu: Vaşinqtondan Kubaya hərbi müdaxilə siqnalı
-
Azərbaycanda ən çox mal-qara bu rayonlardadır - TAM SİYAHI
-
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
-
İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? - VİDEO
-
Putinin güclü, lakin tamamilə idarəolunmaz “müttəfiqi“ var - Newsweek
-
Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr - SİYAHI
TOP 10
ARXİV






