“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr - SİYAHI

Tarix 13.08.26, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 2025-ci il ərzində 31852 cinayət hadisəsi qeydə alınıb.

AzFakt.com Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə “Azərbaycan Hüquqpozmalar” statistik məcmuəsinə əsasən xəbər verir ki, qeydə alınan faktların 4375-i ağır və xüsusilə ağır cinayətlərdir.

Ötən il ən çox cinayət hadisəsi Bakı şəhərində qeydə alınıb.

Paytaxt rayonları arasında isə ilk sırada 1878 faktla Sabunçu rayonu dayanır.

Yasamal rayonunda 1560, Nəsimi rayonunda 1555 cinayət hadisəsi qeydə alınıb. Ən az göstərici isə 999 faktla Səbail rayonunda olub.

Abşeron-Xızı iqtisadi rayonunda 3390 cinayət faktı olub

Abşeron-Xızı iqtisadi rayonunda ötən il ümumilikdə 3390 cinayət hadisəsi aşkarlanıb. Bunlardan 1797-si Abşeron rayonunun, 1537-si Sumqayıt şəhərinin, 56-sı isə Xızı rayonunun payına düşüb.

Bakı və Abşeron-Xızı iqtisadi rayonundan sonra ən çox cinayət faktı Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb. Burada 1706 hadisə baş verib.

Mərkəzi Aran iqtisadi rayonunda 1521, Lənkəran-Astara iqtisadi rayonunda isə 1520 cinayət faktı qeydə alınıb.

Ən aşağı göstəricilər isə Şərqi Zəngəzur, Dağlıq Şirvan və Mil-Muğan iqtisadi rayonlarında olub. Belə ki, Şərqi Zəngəzurda 157, Dağlıq Şirvanda 425, Mil-Muğanda isə 938 cinayət hadisəsi baş verib.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap