“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bitki yağlarında aşkarlanan təhlükəli maddə - Zərərləri nələrdir?

Tarix 15.08.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb.

AzFakt.com xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib.

Qida eksperti Elsevər Fərzəliyev Baku TV-yə açıqlamasında bildirib ki, 3-MCPD maddəsi bitki yağlarının emalı zamanı texnoloji prosesin düzgün aparılmaması nəticəsində yarana bilər: "Bu, qida çirkləndiricisidir və yağların tərkibində olması arzuolunan hal deyil. Emal texnologiyası normal şəraitdə aparılmalıdır ki, bu çirkləndirici əmələ gəlməsin".

Ekspertin sözlərinə görə, yüksək temperatur da bu maddənin yaranmasına səbəb ola bilər. Belə ki, bəzi bitki yağlarının istehsalı zamanı xammalın yüksək temperaturda emalı nəticəsində yüksəkmolekullu birləşmələr parçalanır və yeni maddələr, o cümlədən qida çirkləndiriciləri əmələ gələ bilir.

Elsevər Fərzəliyev 3-MCPD-nin insan orqanizminə mənfi təsir göstərə biləcəyini, xüsusilə böyrək və qaraciyərin fəaliyyətinə, eləcə də kişilərin reproduktiv sisteminə təsir etdiyini bildirib: "Bir çox hallarda əmələ gələn bu qida çirkləndiriciləri insan orqanizminin müəyyən orqanlarına mənfi təsir göstərir".






Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap