“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Niyə davamlı yuxumuz gəlir - Bu yazını mütləq oxuyun

Tarix 14.08.26, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Gecə kifayət qədər yatmasına baxmayaraq gün ərzində özünü daim yuxulu və halsız hiss edən insanlarda hipersomniya adlı yuxu pozuntusu ola bilər. Bu vəziyyətdə insan gün ərzində bir neçə dəfə yuxuya getmək ehtiyacı hiss edə, hətta uyğun olmayan vaxtlarda qəfil yuxulaya bilər.

AzFakt.com Türkiyə mediasına istinadən xəbər verir ki, hipersomniya gecə ən azı 6-7 saat keyfiyyətli yuxu alınmasına baxmayaraq, gün ərzində həddindən artıq yuxululuq və oyaq qalmaqda çətinliklə xarakterizə olunur. Bu vəziyyət insanın iş və sosial həyatına təsir göstərə, diqqət və məhsuldarlığı azalda bilər.

Hipersomniyanın müxtəlif səbəbləri ola bilər. Bunlara yuxu apnesi, bəzi nevroloji xəstəliklər, depressiya, baş travmaları, genetik meyillilik, bəzi sakitləşdirici dərmanlar, B12 çatışmazlığı, alkoqol və siqaret asılılığı daxildir. Növbəli iş rejimi, zehni yorğunluq və həyat tərzindəki dəyişikliklər də gün ərzində həddindən artıq yuxululuğa səbəb ola bilər.

Hipersomniyanın ən xarakterik əlaməti kifayət qədər gecə yuxusundan sonra belə gün ərzində yuxulu qalmaqdır. Bundan başqa:

səhər oyanmaqda çətinlik;

gözlənilmədən yuxuya getmək;

enerji çatışmazlığı və halsızlıq;

diqqət və yaddaş problemləri;

qərar verməkdə çətinlik;

əsəbilik;

baş ağrısı;

gündəlik işləri yerinə yetirməkdə çətinlik.

Diaqnoz qoyularkən həkim insanın yuxu tarixçəsini, qəbul etdiyi dərmanları və gündəlik yuxu rejimini qiymətləndirir. Yuxu gündəliyi aparılması və aktiqrafiya ilə yuxu-oyanıqlıq dövrünün izlənməsi də tələb oluna bilər.

Bəzi hallarda polisomnoqrafiya və çoxsaylı yuxu gecikmə testi aparılır. Müalicə isə səbəbdən asılıdır. Həkim nəzarətində oyaqlığı artıran dərmanlardan istifadə edilə və yuxu rejiminin nizamlanması tövsiyə oluna bilər. Hər gün eyni saatda yatıb-durmaq, yatmazdan əvvəl kofeindən uzaq durmaq, alkoqol və siqaretdən çəkinmək də tövsiyələr arasındadır.

Gün ərzində kifayət qədər yatmasına baxmayaraq davamlı yuxululuq yaşayan şəxslərin səbəbi müəyyənləşdirmək üçün nevroloqa müraciət etməsi məsləhətdir.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap