“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə Aİ-yə qəbul edilməyəcəyini yaxşı bilir - Lavrov

Tarix 14.08.26, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaranın NATO və Avropa İttifaqı ilə münasibətlərini qorumağa çalışsa da, Türkiyənin Aİ-yə üzv qəbul olunacağına ümid etmədiyini bildirib

AzFakt.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov VGTRK telekanalına müsahibəsində Türkiyənin NATO-da qalmaqla yanaşı, Avropa İttifaqı ilə də münasibətlərini inkişaf etdirmək istədiyini, lakin Ankaranın daxildə Aİ-yə heç vaxt qəbul edilməyəcəyini anladığını deyib.
Lavrov Ukrayna məsələsində Türkiyənin vasitəçi kimi Moskvaya nə dərəcədə etibarlı tərəfdaş ola biləcəyi ilə bağlı suala cavab verərkən bildirib ki, Ankara Rusiya ilə də yaxşı münasibətlər saxlamaqda maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında çoxsaylı iqtisadi layihələr mövcuddur və Qafqaz, eləcə də Qara dənizlə bağlı ortaq tarix onları birləşdirir.

Rusiya XİN rəhbəri Türkiyənin Qara dənizdə sabitliyin qorunmasında səmimi maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, türk rəsmilər hazırda da gəmiçiliyin hücumların hədəfinə çevrilməməsi üçün müəyyən razılaşmanın əldə olunmasının vacibliyini vurğulayırlar.

Lavrov isə bildirib ki, Moskvanın fikrincə, Qara dənizdə gəmiçiliyə qarşı hücumları Rusiya başlamayıb. O, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Türkiyə bayrağı altında üzən quru yük gəmilərinə, tankerlərə və mülki gəmilərə zərbələr endirdiyini iddia edib.

Rusiya XİN rəhbəri həmçinin Ukrayna PUA-larının Xəzər Boru Kəməri Konsorsiumunun Xəzər dənizindəki infrastrukturuna bir neçə dəfə hücum etdiyini bildirib. Lavrov bu hücumlar zamanı ABŞ şirkətləri “Chevron” və “ExxonMobil”lə əlaqəli gəmilərin də zərər gördüyünü iddia edib.

Onun sözlərinə görə, Türkiyə və ABŞ bu hücumlara münasibətdə açıq şəkildə Ukraynanın hərəkətlərini qəbuledilməz hesab etdiklərini bəyan etməyiblər. Lavrov Türkiyə tərəfinin Moskvanın narahatlığına cavab olaraq Ankara və Vaşinqtonun Kiyevə bu məsələdə müəyyən siqnallar göndərdiyini bildirdiyini deyib.

Lavrov ABŞ vitse-prezidenti Ceyms Devid Vensin də Ukrayna Prezidenti Vladimir Zelenskiyə Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı müəyyən mesaj göndərdiyini iddia edib. Onun sözlərinə görə, Türkiyə rəsmiləri də Ukrayna tərəfinə konsorsiumun obyektlərinə toxunmamaq barədə xəbərdarlıq ediblər.

Rusiya XİN rəhbəri eyni zamanda Kiyevin bu çağırışlara münasibətini də tənqid edib. Lavrovun sözlərinə görə, Ukrayna yalnız Rusiya ilə əlaqəsi olmayan gəmilərə zərbə endirməməyə razı olduğunu bildirib.

Lavrov Türkiyə ilə Moskva arasında geniş gündəliyin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, Ankara ilə münasibətlərdə NATO üzvlüyü və Avropa İttifaqı ilə əlaqələrdən irəli gələn məsələlər də müəyyən təsir göstərir.

“Düşünürəm ki, NATO üzvlüyü və Avropa İttifaqı ilə müəyyən münasibətlərlə bağlı qalan məsələlər qaçılmazdır”, deyə Lavrov bildirib.



Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap