| |
|
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
Azərbaycan “qocalır“: Uşaq sayı azalır, yaşlılar artır
Tarix 01.02.26, 14:16 |
|
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb.
Belə ki, 2025-ci ildə ölkədə təxminən 81 min uşaq doğulub ki, bu da Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən bəri ən aşağı göstərici hesab olunur. Sözügedən statistika sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər doğum səviyyəsinin kəskin azalmasının cəmiyyətin sürətlə qocalmasına, işçi qüvvəsinin azalmasına, pensiya sisteminin risk altına düşməsinə və insan kapitalının zəifləməsinə yol aça biləcəyini bildirirlər.
Eyni zamanda, məktəblərin bağlanması, kəndlərin boşalması təhlükəsi də vurğulanır. Müzakirələr fonunda "uşaq pulu” məsələsi yenidən gündəmə gəlib və sosial şəbəkə istifadəçilərinin böyük qismi isə doğumun azalmasını Azərbaycanda həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirir.
Sosioloq Yusif Nəbiyev "Cümhuriyət”-ə bildirib ki, bu qarşısı alınması mümkünsüz prosesdir:
"Hələlik məsələni geniş və əsaslı şəkildə müzakirə etmək üçün vaxtımız var və bu vaxtdan düzgün istifadə olunmalıdır. Bu, sırf Azərbaycana xas vəziyyət deyil. Bu cür cəmiyyətlər sosiologiyada "keçid cəmiyyətləri”, yəni kənd tipli yaşayış modelindən şəhər tipli yaşayış modelinə keçid edən cəmiyyətlər adlanır.
Qərbi Avropa ölkələri də daxil olmaqla, inkişaf etmiş dövlətlərdə və ümumilikdə istənilən yerdə keçid cəmiyyəti formalaşdıqda, kənddən şəhərə axın başlayır və bunun fonunda doğum səviyyəsinin azalması, ailələrin daha gec qurulması, boşanmaların artması ortaya çıxır.
Şəhərləşmənin artması kənd yerlərində əhalinin azalmasına, nəticə etibarilə məktəblərin bağlanmasına, infrastrukturun zəifləməsinə və iş imkanlarının azalmasına səbəb olur. Bu, bir tendensiyadır və reallıqdan qorxmaq lazım deyil. Əsas məsələ reallığı düzgün görmək və onu doğru qiymətləndirməkdir.
Bunu yalnız Azərbaycanın başına gələn spesifik problem kimi görmək də doğru yanaşma deyil. Vəziyyət hələ tam demoqrafik böhran səviyyəsində deyil. Ölkədə əhali artımı var, sadəcə bu artımın tempi zəifləyib. Təbii ki, qırmızı siqnaldır, amma yenə də hər bir halda bu demoqrafik böhran deyil”.
O qeyd edib ki, biz bu prosesi süni şəkildə dayandırmaq və ya artım tempini məcburi şəkildə sürətləndirmək olmaz:
"Təbii ki, Azərbaycanın əvvəlki illərin göstəriciləri ilə müqayisədə doğum səviyyəsində azalma trendinin artdığı aydın görünür. Əsas məsələ odur ki, biz bu prosesi məcbur şəkildə sürətləndirə bilmərik. Əsas vəzifə gələcək risklərə hazır olmaqdır. Artıq müşahidə olunur ki, yaşlı əhalinin ümumi əhali içində payı artır, gənclərin sayı isə azalır.
Bu isə o deməkdir ki, işləyən əhalinin payı azalır, təqaüd alanların payı isə artır. Nəticə etibarilə daha az sayda işləyən vətəndaşın üzərinə daha çox pensiya yükü düşür ki, bu da gələcəkdə dövlət adına ciddi risklər yarada bilər.
Əgər pensiya ödənişləri dövlət büdcəsi hesabına qarşılanmalı olarsa, bu yükün haradan və necə kompensasiya ediləcəyi ayrıca məsələ kimi ortaya çıxır. Məhz buna görə də sosial siyasət düzgün tənzimlənməlidir. Bu məsələlərə indidən baxılmalıdır ki, gələcəkdə ən azı hazırlıqlı olaq”.
Sosioloq əlavə edib ki, bu sahədə qismən də olsa stimullaşdırıcı addımlar atıla bilər:
"Ən azından, yeni ailə quran gənclər üçün dövlət tərəfindən dəstək proqramları hazırlanmalıdır. Bu dəstək birdəfəlik ödənişlər formasında ola, yaxud gənclərin mənzil əldə etmə imkanlarını mərhələli və daha əlverişli şərtlərlə asanlaşdıra bilər. Eyni zamanda, hər iki valideynin işlədiyi ailələrdə övlad böyütmək ayrıca bir problemə çevrilir.
Bu baxımdan, valideynlər üçün daha elastik iş imkanları verilsə, növbəli iş qrafikləri və ya vaxtaşırı məzuniyyətlər valideynlərin həm iş həyatını, həm də övlad qayğısını paralel şəkildə idarə etməsinə şərait yarada bilər. Misal üçün, artıq atalıq məzuniyyəti tətbiq olunmağa başlanıb.
Yeni doğulan uşaqların atalarına 14 gün ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur. Bu kimi qanunlar daha çox olmalıdır ki, elastik şərait qismən valideynlərə imkan versin ki, iş ilə paralel övladlarına da baxa bilsinlər. Bundan başqa, uşaqlara qulluq mərkəzlərinin, xidmətlərin və bağçaların sayı və keyfiyyəti artırılmalı, əlçatanlığı təmin olunmalıdır.
Bu xidmətlərin qiymətləri münasib, xidmət səviyyəsi isə yüksək olmalıdır ki, valideynlər övladlarını etibarla həmin müəssisələrə həvalə edərək rahat şəkildə iş fəaliyyətlərini davam etdirə bilsinlər”.
Yusif Nəbiyevin fikrincə, əvvəl verilən "uşaq pulu”nun məbləği heç bir real problemi həll etməyəcək qədər az olub:
"Bu məbləğ real problemlərin həllinə təsir göstərə biləcək səviyyədə olmayıb. Açıq desək, 50-60 manat "uşaq pulu” veriləcək deyə heç kim övlad sahibi olmaq riskini üzərinə götürmək istəmir. Məhz buna görə də yalnız aylıq "uşaq pulu” mexanizminə deyil, daha çox stimullaşdırıcı və ciddi məbləğdə birdəfəlik ödənişlərə ehtiyac var ki, valideynlər bu məsuliyyətin altına girməyə daha hazır olsunlar.
Amma məsələyə daha geniş və sistemli yanaşdıqda aydın olur ki, demoqrafik problemlər təkcə "uşaq pulu” ilə həll edilə bilməz. Ümumiyyətlə, bu, yalnız demoqrafiya ilə bağlı deyil, istənilən sosial problemin kökündə maddi amil dayanır.
Resurs çatışmazlığı bir çox problemlərin əsas səbəbidir. Bu resurs çatışmazlığını aradan qaldırmaq üçün ölkədə iş imkanlarının artırılması, sahibkarlığın inkişafı və insanların öz bizneslərini qura bilməsi üçün şəraitin ideal səviyyədə formalaşdırılması vacibdir. İş və sahibkarlıq imkanları maksimum səviyyədə genişləndirilmədən sosial siyasətdə dayanıqlı və uzunmüddətli nəticələr əldə etmək mümkün deyil”.
Xəbərin oxunma sayı : 946
Sosial
Xəbərlər
-
Yol polisi sürücünün yalanını üzə çıxardı: 8 günlük inzibati həbs
-
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı - Korrupsiyaya görə
-
40 villa aldığı deyilən sabiq icra başçısının oğlu DANIŞDI
-
Zəngilanda çörək sexində nöqsanlar aşkarlandı - FOTOLAR
-
Məşhur azərbaycanlı iş adamının adı “Epşteyn dosyesi“ndə... - FOTO
-
“Kometa-A“ ölkədən 310 min dollar çıxarıb - Cərimə olundu
-
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kamran Əliyevdan yeni təyinat - İmranovun yerinə Süleymanlı gətirildu
-
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
-
“Almalar sənin deyil, qoy maşına” deyən məmurun vəzifəsi dəyişdirildi - VİDEO
-
Prezidentlər “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini izlədi - FOTOLAR
-
Bilal Ərdoğan Azərbaycanda biznesə başlayır - Məktəblər və restoranlar açacaq
-
Nazir direktoru işdən çıxardı - Yeni təyinat (FOTO)
-
Abşeronda qanunsuz tikinti: Dövlət qurumları bir-birini təkzib edir - Fotolar
-
İcra məmurları belə geyinəcək: Baş nazir təsdiqlədi - FOTO
-
“Öcalan ümidə, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir” - Baxçalı
-
Azərbaycanda gənclərin neçə faizi işsizdir? - Rəqəmlər açıqlandı
-
Xəbərdarlığa məhəl qoymadan işarələri sökdülər - 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmə
-
“Baku Medical Plaza“da əməliyyat səhv icra olunub - Tanınmış cərrah təzminat ödəyəcək
-
Putin Epşteyndən görüş təklifi almayıb - KREML
-
“ABŞ ilə danışıqlar aparmağa qərar verdik...“ - Pezeşkian
-
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
-
Sabiq nazirin maliyyə vəziyyəti ağırlaşıb? - 8 milyon borcu yaranıb + FOTO
-
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi - VİDEO
-
Naxçıvan hava limanında təhlükəli an yaşanıb - Təyyarə eniş zolağından çıxıb
-
İmişlidə məktəb direktorunun şagirdi döyməsini kimlər ört-basdır edir? - VİDEO
-
Azərbaycanlılar ən çox bu məsələlərdən şikayətçidir - SİYAHI
-
Sabiq icra başçısının oğlu Rumuniyada 40 villa aldı - Atası bu qalmaqaldan sonra tanınmışdı... + FOTO
-
Fransa casusunun növbəti məhkəmə iclası keçirilib - Şahidlər nə dedi?
-
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - “Evrascon“da nə baş verir?
-
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? - FAKTLAR
-
Dələduzlar bankdan imtina cavabı alan şəxsin adına necə kredit götürə biliblər? - VİDEO
-
Prezident Məhəmməd Əbdülsalamla görüşdü - FOTO
-
“ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq“ - Xameneinin müşaviri
-
Xidməti avtomobili nasazlanan kimi maaşı kəsildi - ŞİKAYƏT (VİDEO)
-
Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib - DTX
-
Azərbaycanda tanınmış klubun futbolçusu bıçaqlandı - FOTO
-
Zabratda cənazəni 2-ci mərtəbədən düşürülən zaman pilləkən qırıldı - VİDEO
-
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış
-
“ABŞ ilə məhbusların mübadiləsi üzrə iş gedir“ - Rusiya XİN
-
Kirayə verilən evləri dağıntıdan qorumaq üçün nə etmək lazımdır? - VİDEO
-
Böyükşor gölündə köpüklənmənin altında dayanan problem - VİDEO
-
Azərbaycanda sənətçilər bundan məhrum olunurlar - Günel Zeynalova
-
“Epşteynlə dost olmamışam” - Donald Tramp
-
“Hindistan Rusiyadan neft almayacaq“ - Tramp
-
Bakıda yeniyetmə qız atasını bıçaqladı - Anasını döydüyü üçün
-
“Türkiyə regionda sülh və sabitlik üçün çalışır“ - Ərdoğan
-
Prezidentin gəlini onlarla kofe hazırladı - FOTOLAR
-
AYB-nin qələm əhlinə verdiyi möhlət başa çatdı: “Hələ gözləyirik“
-
Ən varlı rusların sərvəti 19 milyard dollardan çox artdı - “Bloomberg”
-
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
-
Şahzadənin oğlu həbs oluna bilər - Anasının adı Epşteynlə hallanır
-
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI
-
Trampın xüsusi nümayəndəsi və Əraqçi görüşəcək - Türkiyədə
-
“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov danışdı
-
İlham Əliyev BƏƏ-nin Prezidenti ilə görüşdü - FOTOLAR
-
Bu avtomobillər vergidən azad ediləcək - RƏSMİ
-
Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi - Günahkarlar kimdir?
-
Adil Kərimlidən qapalı toplantıdan sərt xəbərdarlıq: “Danışan cəzasını çəkəcək”
-
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Neft Fondu son 2 gündə 9,6 milyard manat “itirdi” - SƏBƏB
-
İran və ABŞ rəsmiləri görüşəcək - Tehran amansız zərbələrlə hədələyir
-
67 yaşlı generalla ailə quran xanım digər generalın bacısı qızıdır - FOTOLAR
-
Növbəti iki gün güclü külək əsəcək - XəBƏRDARLIQ
-
“Söhbət ölkənin taleyindən gedərsə, tərəddüd olmayacaq” - Medvedevdən nüvə təhdidi
-
“Azərişıq“ Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsini yeniləyir - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
-
Prezident İlham Əliyev BƏƏ-də səfərdədir - FOTOLAR
-
Bəzi rayonlara qar yağacaq, duman olacaq - Sabahın havası
-
Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...
-
“Tovuz Tibb Mərkəzi“ndə böhran: Vəzifəli şəxsin MMC-sinin xeyli miqdarda borcu var
-
Cəlilabadda yeniyetmələrin baltalanmasının təfərrüatı - Qardaşının arvadından qisas almaq istəyib
-
4,2 milyonluq tenderlərin qalibi olan şirkət “qara siyahı“ya salındı - Etibarsız təchizatçı imiş
-
“Azərlotoreya”nın gəncləri göndərdiyi gedər-gəlməz - Ümidsizlikdən intihara qədər aparan yol...
-
Baş prokurordan yeni təyinatlar - İki general rayon prokuroru oldu
-
İran ABŞ ilə danışıqların bərpası üçün diplomatik yolları araşdırır - Bəqai
-
“Nyukasl”la oyunu indidən düşünməyə ehtiyac yoxdur” - Kadi Borges
-
Binəqədidə partlayış riski olan ərazidə nəhəng tikinti kimlərin himayəsi ilə aparılır? - FOTOLAR
-
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO
-
Sabiq nazirin əmlakları satışa çıxarıldı - 27 milyon manatlıq (SİYAHI)
-
Teymur Musayev direktoru vəzifəsindən azad etdi - Yeni təyinat
-
Dövlət sirləri risk altında: İsrailin təhlükəsizlik orqanlarında ciddi narahatlıq
-
Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlik xəbərdarlıq etdi
-
Naxçıvanın Konstitusiyasında bunlar dəyişəcək - Ali Məclisin səlahiyyətləri azaldıldı...
-
“Bir sıra dövlət qurumlarında çoxsaylı ixtisarlar olur” - Deputat
-
ABŞ fondunun Azərbaycan üzrə təmsilçisinin məhkəməsi başlayır - “QHT işi”
-
Sahibkarı qisas məqsədilə güllələyibmişlər - Təfərrüat
-
Milli Məclisin yaz sessiyası başladı: İlk iclasda 16 məsləyə baxılır
-
Azərbaycanda bu qadağalar qüvvəyə mindi - Sərt cəza veriləcək
-
Onlar vergi və gömrük rüsumundan azad edildi - Əli Əsədov yeni qərar imzaladı
-
Şahzadə Endryu ilə bağlı fayllar da açıqlandı - “Epşteyn zəlzələsi” davam edir
-
Niyyəti elə qardaşı övladlarını qəsdən öldürmək imiş - RƏSMİ
-
“Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər“ - Mehriban Əliyeva
-
Ramazan ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO
-
“Epşteyn qalmaqalı“ böyüyür: Yeni adlar ortaya çıxdı
-
Prezidentdən Gənclər Günü ilə bağlı - Paylaşım
-
Əmlak bazarının “qara qutusu“: “Paket-kupça“ nədir?
-
Azərbaycan əhalisinin artım tempində azalma var - Səbəb nədir? +VİDEO
-
Sahibkarların yeni “vergi oyunu“ - Alış-veriş edərkən aldanmayın
-
Bu gün Azərbaycanda Gənclər Günüdür
-
Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulmuşdur
-
Müstəqil Azərbaycan gəncliyi hər zaman öndədir
-
Aygün Kazımova ilə Manananın gürcü rəqsi - VİDEO
-
Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır
-
Tikintidə yeni yanaşmalar tətbiq edilir - VİDEO
-
Azərbaycan XİN-dən Pakistana dəstək: “Mənfur terror aktlarını pisləyirik“
-
“Kubada yanacaq çatışmazlığı müşahidə olunur“ - “The Guardian“
-
Bıçaqla “kişilik sübutu“: Yeniyetmələr arasında təhlükəli düşüncə yayılır
-
“Səfalı“ MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
-
Finlandiya bütün yaxşı əlaqələrin üstündən xətt çəkdi - Dmitri Medvedev
-
“ABŞ ilə gözlənilən müharibənin qarşısını almaq mümkündür“ - Əraqçi
-
Daş dövrünün studiyasında gəmidəkilərin gəmiçi ilə davası - Vahid Mustafayevin YAZISI
-
İş təklifi ilə Türkiyəyə gedən şəxs dələduzluqla üzləşib - VİDEO
-
Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?
-
ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirə bilər - Serbiya Prezidenti
-
Cəlilabadda 14 və 15 yaşlı yeniyetmələr baltalandılar: Əmi şübhəli bilinir
-
Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu
-
Müasir futbolda “yeni reallıq“: “Qoca“ futbolçuların artan dəyəri
TOP 10
ARXİV






