“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İçki içdi, “TikTok“da icra başçısını təhqir etdi - Həbs olundu

Tarix 03.12.25, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


İçkili halda Göyçay Rayon İcra Hakimiyyətinin başçısının ünvanına sosial şəbəkədə təhqir və böhtan xarakterli məlumatlar yayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Göyçay rayon Mlikkənd kənd sakini Y.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 388-1.1.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Y.B. sərxoş vəziyyətdə "TikTok" sosial şəbəkəsində "Qartal023" istifadəçi adı ilə icra başçısının və digər vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr yazıb. 

Müvafiq şikayət əsasında Y.B. polis şöbəsinə dəvət edilib. O, Göyçay rayon Polis Şöbəsinin inzibati otağında səs-küy salıb. Məhkəmədə isə törətdiyi əməldən peşman olduğunu deyib. 

Məhkəmənin hökmü ilə Y.B. 15 gün müddətinə həbs olunub. 

Qeyd edək ki, 12 noyabr 2025-ci il tarixində Orxan Müsrəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Xəbərin oxunma sayı : 97




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap