“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Putin Trampın elçilərini 3 saat gözlədib - Və əvvəlki tələblərini təkrarlayıb

Tarix 03.12.25, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Putin xarici qonaqları qəbul etmək də daxil olmaqla, vacib tədbirlərə gecikmək kimi saymazyana vərdişini dəyişməyib.

CNN-in məlumatına görə, Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün dünən Moskvaya səfər edən Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner, Kremldə 3 saat gözlədiliblər.

“Politico” da məlumatı təsdiq edərək yazıb ki, Putin Uitkoff və Kuşnerlə görüşə təxminən üç saat gecikib.

Məlum olduğu kimi, beş saatlıq danışıqlar sülh prosesinin irəliləməsinə kömək etməyib. Putinin köməkçisi Yuri Uşakov deyib ki, Kreml üçün əsas məsələ olan ərazi məsələsində "heç bir kompromis tapılmayıb".

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, görüşün nəticəsini birmənalı olaraq, ABŞ-nin sülh planının rədd edilməsi kimi qəbul etmək düzgün olmaz. Bu arada “NBC News”-un məlumatına görə, Putin Donbasın tamamilə təslim edilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və işğal etdiyi Ukrayna ərazilərinin beynəlxalq səviyyədə tanınmasını tələb edir. Bu üç məsələdə o, güzəştə getməyə hazır deyil.

Xatırladaq ki, əvvəlki danışıq raundları - İstanbul və Alyaskada baş tutan görüşlər də eyni nəticə ilə başa çatıb. Putin nə güzəştə gedib, nə ritorikasını dəyişib, nə də Ukraynanı məhv etmək ideyasından əl çəkib.



Xəbərin oxunma sayı : 82




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap