Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ sülh sazişindən sonra Rusiyanın aktivlərini geri qaytaracaq - “Politico”

Tarix 02.12.25, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ sülh sazişi imzalandıqdan sonra Rusiyaya aid dondurulmuş aktivləri geri qaytarmağı planlaşdırır. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” nəşri iki yüksək rütbəli diplomata istinadən məlumat yayıb. 

Məlumata görə, amerikalı rəsmilər bu barədə Aİ-nin sanksiyalar üzrə elçisi Devid Osullivana onun bu yay Vaşinqtona səfəri zamanı məlumat veriblər.
Nəşr qeyd edir ki, Osullivanın səfərindən qısa müddət sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevin maliyyələşdirilməsi üçün Rusiya aktivlərindən istifadə ideyasını yenidən gündəmə gətirərək “təzminat krediti” mexanizmini təklif edib.

“Politico” yazır ki, Vaşinqton əvvəldən bu ideyaya ehtiyatla yanaşıb. Qəzetin məlumatına görə, Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün hazırladığı ilkin 28 bəndlik plan dondurulmuş aktivlərin 100 milyard dollarının ABŞ-nin rəhbərlik etdiyi Ukraynanın bərpası və investisiya proqramlarına yönəldilməsini nəzərdə tuturdu. Qalan vəsait isə xüsusi ABŞ-Rusiya mexanizminə ayrılmalı idi.

Diplomatlar bildiriblər ki, planın bu şəkildə bölünməsi Vaşinqtonla Brüssel arasında gərginlik yaradıb. Avropa rəsmiləri ABŞ-nin aktivlərin bir hissəsini mənimsəyib qalanını Rusiya ilə bölüşmək ehtimalından narazıdırlar.
“Politico”nun məlumatına görə, Belçika da ABŞ-nin “aktivlərin müsadirəsinin sülhə mane ola biləcəyi” barədə mövqeyini bölüşür. Aİ daxilində isə dondurulmuş aktivlər planının mübahisəli 14-cü bəndi müzakirə olunur və bəzi məlumatlara görə, bu bənd bloklanıb. Bununla belə, Aİ rəsmiləri planın son variantının necə olacağına dair tam məlumatlı deyillər.

Bundan əvvəl “Financial Times” yazıb ki, Avropa Mərkəzi Bankı (ECB) Ukraynaya 140 milyard avroluq ödəniş mexanizmini dəstəkləməyib. ECB hesab edir ki, Avropa Komissiyasının təklifi tənzimləyicinin mandatını aşır. Bu qərar Aİ-nin dondurulmuş Rusiya aktivlərindən “təzminat krediti” yaratmaq planını çətinləşdirib.



Xəbərin oxunma sayı : 58




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap