“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Sədəqə toplayıb İŞİD-ə göndərirdim“ - MƏHKƏMƏ

Tarix 02.12.25, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Məlum olub ki, Namiq Nəbiyev Suriyadakı münaqişə zəminində 2022-ci ildən müxtəlif vaxtlarda, müxtəlif şəxslərin adına olan bank kartlarına 28.479 dollar məbləğində pul vəsaiti köçürərək həmin pulun terrorçu qrup kimi tanınmış İraq Şam İslam Dövlətinə (İŞİD) göndərilməsinə, onların silah və ya digər terrora səbəb ola biləcək vasitə almasına səbəb olub.

O, ifadəsində bildirib ki, sədəqə verilməsi işi ilə məşğul olub: "Votsap qrupu yaradıb orada sədəqə toplamaq üçün paylaşımlar edirdim. Pul göndərilirdi, pulu lazımi yerə çatdırırdım". Növbəti proses dekabrın 23-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.



Xəbərin oxunma sayı : 352




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap