“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı - Qəza törətdi

Tarix 02.12.25, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bardan çıxaraq "Carsharing" MMC-yə məxsus avtomobili qaçıran və qəza törədən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü il təvəllüdlü Gündüz F. Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə çıxarılıb.

Məlum olub ki, Gündüz dostları Aydın, Nicat və Cəmillə birlikdə Bakıda bir gecə klubunda əylənib. Klubdan çıxdıqdan sonra piyada hərəkət edərkən, saat 06:15 radələrində Səbail rayonu, R. Behbudov küçəsi, 8 nömrəli tam orta məktəbin yaxınlığında park edilmiş avtomobillərin arasında "Carsharing" MMC-yə məxsus ağ rəngli "Geely Geometry" markalı avtomobili görüb.

Heç bir sürücülük vəsiqəsi olmayan Gündüz avtomobili sürməyə qərar verib. Şirkətin tətbiqini yükləyərək dostu Nicatın elektron ünvanını qeyd edib. Daha sonra avtomobili işə salıb və Sumqayıta yola düşüb.

Sumqayıtda, 29-cu məhəllədə, Gündüz idarə etdiyi "YJ” qeydiyyat nişanlı "Geely Geometry" ilə park edilmiş "Toyota Prado"ya çırpılıb. Hadisədən sonra heç bir tədbir görmədən avtomobili yol kənarında saxlayıb və ərazini tərk edib.

Hadisə nəticəsində şirkətə 5 080 manat maddi ziyan dəyib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Gündüzə məhkəmə tərəfindən həbsdə olduğu 1 ay 13 gün nəzərə alınmaqla, 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, cəzasını elektron qolbaq ilə çəkəcək.



Xəbərin oxunma sayı : 616




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap