Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva

Tarix 19.01.22, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


"Mənim kimi qadın sevgisiz qalar? Özüm də boş qala bilmərəm. Bir ildən çox idi həyatımda boşluq idi".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Deməsəm olmaz" proqramında deyib. Sənətçi sevgi etirafı edib. O, sevgilisinin ona qoyduğu qadağalardan bəhs edib:

"Qadağalar olur, hər zaman da olub. Əgər mənə xoş dillə deyirsə, ora getməyini istəməzdim, deyirəm, baş üstə. O insanın mənim həyatımdakı yerindən dəyərli deyil. Amma sərt deyəndə, cavab verirəm, sən sən ol, mən mən. Mənə nə qadağa qoyursa, eynisini mən də ona edirəm".

Pərvin sevgilisinin Azərbaycanda yaşamadığını bildirib:

"Bacardığım qədər münasibətimi gizlətməyə çalışdım. İndi də açıb tökdüm, amma tapa bilməyəcəksiniz. Heç bir görüntüsünü yaymayacam. Elə insan olur ki, dövlət işində çalışır. Bizdə bu cür insanların görüntüsünün yayılmasına icazə yoxdur. O demək deyil ki, münasibətdə olduğum şəxs dövlət işində işləyir. Keçmişdə yaşadığım hadisəyə aiddir bu sözlərim. İndi münasibətdə olduğum şəxs burada yox, Türkiyədə yaşayır".



Xəbərin oxunma sayı : 1078




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap