“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Husilər Qırmızı dəniz sahilini nəzarətə aldı - “Al Jazeera”

Tarix 11.09.26, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı ölkənin Qırmızı dənizdəki bütün qərb sahilini tam nəzarətə götürdüyünü bəyan edib.

“Al Jazeera” telekanalı xəbər verir ki, husilər dəniz sahilində yerləşən strateji Moxa şəhərini ələ keçirməklə Qırmızı dəniz sahillərində nəzarəti tamamilə genişləndiriblər.

Bu addımla qruplaşma qlobal dəniz ticarəti və neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazı üzərindəki nüfuzunu daha da gücləndirib.

“Ənsar Allah” Siyasi Bürosunun üzvü Xuzam əl-Əsədin verdiyi məlumata görə, qruplaşma artıq Bab əl-Məndəb boğazındakı Perim adasını və Taiz əyalətinin Bab əl-Məndəb dairəsini tam nəzarətdə saxlayır.

Bununla yanaşı, bu gün səhər saatlarında husi qüvvələri Yəmənin cənub-qərbində, Taiz mühafəzəsində yerləşən və planetin ən kritik gəmiçilik marşrutlarından birinin üzərində bərqərar olan strateji Dubab sahil şəhərini də ələ keçiriblər.

Xatırladaq ki, bundan əvvəl Yəmən hakimiyyəti ölkənin rəsmi paytaxtı üzərində nəzarəti bərpa etmək barədə qərar qəbul etmişdi.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap