Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Məktəbdə şagirdlərə “mərsiyə“ öyrədən müəllimədən növbəti təxribat - FOTOFAKT

Tarix 05.07.22, 10:59

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün bundan öncə şagirdlərə “Salam Farmandeh” (Salam Komandir) adlı mərsiyə tipli mahnını öyrətməklə gündəmə gələn Nailə Babayeva, növbəti dəfə təxribatçı çıxışı ilə yadda qalıb.

“AzPolitika.info” xəbər verir ki, Nailə Babayeva bu dəfə “feysbuk” hesabından radikal çağırışlar etməklə, təxribat yaratmağa çalışıb. Bir neçə saat sonra silinən paylaşımda “Şiələrə qarşı qətliam olacaq”, “Türkiyə, NATO, İsrail Azərbaycanda şiəliyin kökünü kəsməyə çalışır” kimi təxribatçı fikirlər səsləndirilib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Aliyev adına 1 saylı tam orta məktəbdə çalışan Nailə Babayevanın dərs dediyi 6 “a” sinfində 4 şagirdə farslara məxsus olan mərsiyə öyrətməsi, din pərdəsi altında təxribat aparması, videogörüntüdə dövlət bayrağının tərs asılması cəmiyyətdə böyük narazılqlara səbəb olmuşdu.

Bu hadisədən sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinə çağrılan Nailə Babayevanın izahtı alınmış və ona “şiddətli töhmət” verilmişdi. 

Ümid edirik ki, bu cür həssas bir məqamda ölkədə məzhəblər arası qarşıdurma yaratmağa, dini ekstremizmi yaymağa çalışan bu şəxs barəsində Daxili İşlər Nazirliyi müvafiq tədbir görəcək.


Açıklama yok.






Xəbərin oxunma sayı : 904




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap