“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bunu bir sınaq dövrü kimi qəbul edirik“ - Metropoliten rəsmisi

Tarix 15.08.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Metropoliteninin xətlərinin ayrılması layihəsi çərçivəsində "28 May” və "Nizami” stansiyaları arasında qatarların hərəkətinin tam məhdudlaşdırılması ilə əlaqədar sərnişinlərin daşınmasının təmin olunması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, bu proses 11 ay davam edəcək və həmin müddətdə sərnişinlərin məlumatlandırılması, avtobus marşrutlarının təşkili və sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

"Əlavə avtobusların ayrılması ilə intervalların tənzimlənməsi və artacaq sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Bu məqamda da Bakı Metropoliteni və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi monitorinqlərini davamlı olaraq həyata keçirəcək. Yeni tədris mövsümünün başlanmasına gəlincə, bunu bir sınaq dövrü kimi qəbul edirik”, - deyə B. Məmmədov qeyd edib.

O bildirib ki, sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün Bakı Metropoliteni tərəfindən stansiyaların girişlərində əlavə məlumatlandırma tədbirləri həyata keçirilir.

"Nizami metro stansiyanın girişində Bakı Metropoliteninin könüllüləri sərnişinlərə yaxınlaşaraq onları məlumatlandırırlar, avtobus marşrutları barədə məlumatları təqdim edirlər. Eyni zamanda, Bakı Metropoliteni işçiləri də müxtəlif stansiyalarda əlavə məlumatlandırma tədbiri kimi işə cəlb olunublar və onlar da sərnişinlərin tam məlumatlı olması, Bakı Metropoliteni stansiyasından və yaxud da ekspres avtobuslardan necə istifadə etməsi barədə məlumatları təqdim edirlər”, - deyə QSC-nin rəsmisi diqqətə çatdırıb.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap