Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Lisenziya alan klubların adları açıqlandı - RƏSMİ

Tarix 15.05.24, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

AzFakt.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK.

4. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qəbələ” İK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə aşağıda göstərilən lisenziyaları alımış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Cari mövsüm I Liqa və II Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə mayın 27-də baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.



Xəbərin oxunma sayı : 1651




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap