“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO

Tarix 12.09.26, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək.

Xezerxeber.az xəbər verir ki, 2027-2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən "rəqabət xəritəsi" hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında isə mövcud tənzimləmələrə yenidən baxılacaq. Bu Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla təsdiqlənmiş "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulub. Sənədə əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarını genişləndirmək məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Nəticələr əsasında onların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bununla yanaşı, dövlətin müstəsna iştirak etdiyi, eləcə də xüsusi tənzimləmə tətbiq olunan bəzi infrastruktur və xidmət sahələrinin rəqabətli bazar modelinə mərhələli keçidi imkanları qiymətləndiriləcək. Zərurət yarandıqda xüsusi tənzimləməyə aid subyekt və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri hazırlanacaq.

İqtisadçılar bildirirlər ki, bu xəritənin hazırlanması ilə ölkədə rəqabət mühitinin daha sistemli şəkildə ölçülməsi və tənzimlənməsi planlaşdırılır.

Yəni xəritənin məqsədi "rəqabət harada zəifdir və bunun səbəbi nədir?" sualına cavab tapmaqdır.






Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap