| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Kartdan-karta ödəniş vasitəsi tam aradan qaldırılacaq? - ŞƏRHİ
Tarix 09.11.24, 19:25 |
|
Ödənişləri POS-terminalla deyil, kartdan-karta əməliyyatı vasitəsilə həyata keçirən sahibkarlar kütləvi şəkildə cərimələnirlər. Ekspertlər görülən tədbirlərin kartdan karta köçürmələri azaldacağı qənaətindədirlər.
"POS-terminal işləmir", "POS-terminalın enerjisi bitib", "texniki nasazlıq yaranıb" kimi cümlələrlə kartla ödənişi qəbul etməyən sahibkarlıq subyektlərinin işi çətinləşib. Belə ki, ödənişləri POS-terminalla deyil, kartdan karta əməliyyatı vasitəsilə həyata keçirən sahibkarlar kütləvi şəkildə cərimələnirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə çoxsaylı vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib. Sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
DVX-dan bildirilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələridir.
Maraqlıdır, bu cərimələr ölkədə kartdan karta əməliyyatlarının həcmini azalda bilərmi?
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Vergi ödəyiciləri bunun tərəfdarı deyil
Vergi üzrə ekspert Mahmud Abasquliyev "Kaspi"yə açıqlamasında bildirdi ki, "Nağdsız hesablaşmalar haqqında" qanunda bildirilir ki, iki vergi ödəyicisi arasında olan ödənişlər banklar və ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir:
"Yəni vətəndaş vergi ödəyicisindən mal yaxud hansısa xidməti alırsa, aldığı malın və ya xidmətin məbləğini POS-terminal vasitəsilə ödəyə bilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun yeddinci maddəsində bildirilir ki, alınan mallar 17 gün ərzində nəzarət-kassa aparatının çeki əsasında dəyişdirilə və ya geri qaytarıla bilər. Vergi ödəyiciləri isə POS-terminalla ödənişin tərəfdarı deyillər. Çünki POS-terminaldan istifadə etdikdə, nəzarət-kassa aparatının qəbzi də vətəndaşa təqdim edilməlidir. Yeni nəsil nəzarət-kassa aparatı Dövlət Vergi Xidmətinə inteqrasiya olunduğu üçün qurum sahibkarlıq subyektinin dövriyyəsini müəyyən edə bilir".
Qeyri-leqal satış
Mütəxəssis deyir ki, vətəndaş nağdsız ödəniş edərkən sahibkarlıq subyektinin POS-terminalı təqdim etməməsi qeyri-leqal satış hesab olunur:
"Sahibkarlar qeyri-leqal satışı həyata keçirərək özləri üçün gəlir əldə etməyə çalışır, bu da vergidən yayınma sxemini formalaşdırır. Buna görə də Vergi Məcəlləsinin 58.7-ci maddəsində deyilir ki, əhali ilə pul hesablamalarında, POS-terminal quraşdırılmasından, istifadəsindən, nəzarət-kassa aparatının qəbzinin verilməsindən imtina edən şəxslər birinci dəfə 1 000 manat, təqvim ili ərzində ikinci dəfə qaydanı pozduqda 3 000 manat, üç və daha çox səhvə yol verdikdə 6 000 manat cərimə olunurlar. Hazırda bununla bağlı DVX ciddi şəkildə yoxlamalar aparır, hətta bəzi banklarda da kartdan karta ödənişlərdə komissiyalar tutulur. Bir müddət sonra kartdan karta əməliyyatlar azalacaq və dövriyyə çoxalacaq".

Vergi mütəxəssisi Anar Bayramov deyir ki, kartdan karta əməliyyatlarla ödənişləri qəbul edən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları ilə bağlı tədbirlər davam etdiriləcək:
"Bu, hazırda ən aktual problemlərdəndir. Görülən tədbirlər artıq bəhrəsini verir. Əvvəllər kassa aparatının, POS-terminalın quraşdırılması problem idisə, bu sahədə ciddi nəzarət tədbirlərindən sonra demək olar ki, Bakı şəhəri üzrə bütün sahibkarlıq subyektlərində nəzarət-kassa aparatı və POS-terminallar quraşdırılıb. Lakin bu, problemin həlli demək deyil. Təəssüflər olsun ki, POS-terminalların quraşdırılması vizual xarakter daşıyır və bəzi hallarda kiçik sahibkarlar, hətta orta sahibkarlar belə, ödənişləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etmirlər. Bu da ciddi şəkildə onların dövriyyələrinin gizlədilməsinə, vergidən yayınmalarına gətirib çıxarır".
Kartdan karta ödənişlər son vaxtlar dəb halını almışdı
Mütəxəssisin sözlərinə görə, kartdan karta ödənişlər son vaxtlar dəb halını almışdı, hətta bəzi satıcılar piştaxtaların önündə kart nömrələrini yazıb, nağdsız ödəmələrlə bağlı alıcılarını "məlumatlandırırdılar":
"Biz dəfələrlə kartdan karta ödənişlərin vətəndaşlar üçün təhlükəli olması ilə bağlı çıxışlar edirdik. Vətəndaş POS-terminal tələb edərkən, ondan ödənişin karta köçürülməsi tələb olunduqda "ƏDV geri al" kimi onların xeyrinə olan layihələrdən istifadə edə bilmir, hətta bəzi hallarda ödəniş alıcının bank hesabından çıxır, amma texniki xəta olduğu üçün qarşı tərəfin hesabına oturmur. Bu zaman alıcıdan pulu təkrar ödəməsi tələb olunur və alıcı ikiqat ziyana düşür. Bu proseslər vergi orqanlarını da ciddi şəkildə narahat edirdi, məhz bu səbəbdən operativ tədbirlər həyata keçirdilər".
Nəzarət tədbirləri problemi həll edəcəkmi?
Bəs görəsən nəzarət tədbirləri problemi aradan qaldıracaqmı? Mütəxəssis vurğulayır ki, cəza tədbirləri problemin tam şəkildə aradan qaldırılmasına nail olmayacaq: "Amma ciddi şəkildə azalmaya gətirib çıxaracaq ki, biz bunu artıq təcrübədən də görürük. Ən azından, mağazalardan piştaxtalardan artıq həmin kart hesabları yığışdırılıb. Həmçinin POS-terminalla ödəniş etmək istəyəndə, maliyyə sanksiyasından çəkindikləri üçün ödənişləri qəbul edirlər. Təbii ki, mərkəzdən kənara getdikcə nəzarət tədbirləri zəifləyir. Bu, həmişə belə olur, şəhər mərkəzlərində nəzarətin güclü olduğu yerlərdə ciddi qanun pozuntuları olmur, amma nəzarətin zəif olduğu yerlərdə problem qalmaqda davam edir. Amma maliyyə sanksiyalarının tətbiqi ilə yanaşı, alıcıların da nağdsız əməliyyatlardan istifadə etməsi üçün görülən stimullaşdırıcı tədbirlər bu cür qanun pozuntularının aradan qaldırılmasına kömək olacaq".
Xəbərin oxunma sayı : 412
Sosial
Xəbərlər
-
İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı - FOTO
-
Bu istiqamətdə hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
-
Putin, Tramp və Si Cinpin sülh bəyannaməsi qəbul etdilər - Təfərrüatlar
-
Vəkil Orxan Kəngərli həbs edildi - Məhkəmədən qərar
-
Azərbaycanda müəllimlərin sayı azalıb - RƏQƏMLƏR
-
Müdafiə Nazirliyi məlumat yaydı - Təlim toplanışı başlayıb
-
Dünyanın ən çox qazanan futbolçuları onlardır - SİYAHI
-
Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir - AYNA
-
Prezidentlə xanımı Vyetnamda belə qarşılandı - VİDEO
-
Tanışının adına kredit götürdü, 647 manatı öz kartına köçürdü - 2 il 8 ay həbs cəzası
-
Badamdarda sürüşmə təhlükəsi - Sakinlərə çağırış
-
“Aİ-95” benzinin idxalı artıb: Yerli istehsal niyə yoxdur?
-
Neft-qaz kəmərləri və dəmir yollarına təhdid ssenarisi: Üç ölkədən birgə cavab
-
Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət
-
Putin Krım körpüsünə hücumlardan danışdı - “Bu zərbələrə cavab verəcəyik...“
-
Anar Bayramov gəldi də nəsə dəyişmədi: İki aylıq şirkət TENDER UDUR...
-
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Sentyabrda Gürcüstandan 23 min 780 baş qoyun alınıb – Biri 177 manata
-
Prezident və birinci xanım Vyetnama rəsmi səfərə yollanıb - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
XİN-də yüksək vəzifəyə təyinat - İbrahimova rəisi təyin olundu
-
Putin Tramp və Si ilə anlaşır, Zelenskinin müttəfiqləri zəifləyir - POLITICO
-
Bu müəllimlərin diqqətinə - Cəmi 5 gün vaxt verildi
-
“Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə
-
Abşeron xəstəxanasında tibbi geyim mübahisəsi: TƏBİB məsələyə aydınlıq gətirdi
-
Bu torpaqlar amnistiyaya düşə bilər - Siyahıda hansı ərazilər var?
-
Kiçik qrantlar 30 min manata qədər... - Sabah böyük müsabiqə elan olunur
-
Azərbaycandan qeyri-adi ixrac: Qazaxıstana dörd primat göndərilib
-
Beyləqanda YAP-ın yaradılmasının ildönümü qeyd olundu - Fotolar
-
Şençjendə tarixi sammit: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü başa çatdı
-
“Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub“ - İlham Əliyev
-
Tanınmış hüquqşünas hakim qarşısında - Namizəd Səfərova 8 il müddətinə həbs cəzası istənildi
-
Prezident İlham Əliyevin müsahibəsi:“Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm”
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA
-
Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı
-
Paşinyan tarix açıqladı - “Avropa İttifaqı ilə vizasız rejimə keçid realdır”
-
Bakı Dövlət Universitetinin rektorları - Məleykə Abbaszadə ilk qadın oldu
-
Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO
-
“Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik“ - Hikmət Hacıyev
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Sumqayıtda məsciddə gecələyən qadının əri həbs olundu - TƏFƏRRÜAT
-
Nazir və Penitensiar Xidmətin yeni rəisi qalmaqallı müəssisəyə getdi - İLGİNC
-
Tramp Pekində nüvə silahı ilə bağlı rəqəmləri açıqladı: Çinə xəbərdarlıq etdi
-
Xankəndidə tarixi gün: Yenilənmiş stadionda ilk oyun
-
Gürcüstanda azərbaycanlı siyasətçi həbs edildi - Nədə ittiham olunur?
-
Məleykə Abbaszadə BDU-nun rektoru oldu - SƏRƏNCAM
-
Elçin Babayev vəzifəsindən azad olundu - SƏRƏNCAM
-
Tramp zalı 42 dəqiqədən sonra tərk etdi: Putinlə görüşün detalları
-
Vəkil Orxan Kəngərli saxlanıldı - Qanunsuz narkotik dövriyyəsində ittiham olunur
-
Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - VİDEO
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - VİDEO
-
Avtomobil idxalına tətbiq olunan vergiyə yenidən baxıla bilər - VİDEO
-
“Daxili işlərimizə müdaxilədən çəkinməyə çağırırıq...“ - Azərbaycan XİN
-
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
-
Su və Meliorasiya İnstitutunun strukturu təsdiqləndi - 435 ştat vahidi müəyyən edildi
-
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTO
-
TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
-
Sumqayıtda velosiped oğurluqlarının qarşısı alınıb - Həbslər var
-
Dövlət xidmətinin rayon şöbəsində insident - Həbs olunan var
-
İkinci əl avtomobillərin satışında mühüm dəyişiklik - Kimlərə şamil olunacaq?
-
Anbarlarda yer qalmadı, büdcə boşalır: Hindistanı çıxılmaz vəziyyətə salan “düyü bolluğu“
-
Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
-
Təhsil müəssisələri hələ də odun ilə qızdırılır? - FOTOFAKT
-
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
-
Baş redaktor İnam Kərimova müraciət etdi - “Sizdən xahiş edirəm ki...“
-
Naxçıvana yanacaq tədarükü hardan həyata keçirilir? - SOCAR açıqladı
-
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi
-
Taksi sürücülərinin vergi ödəmə qaydası dəyişdirilir - Artacaq, yoxsa azalacaq?
-
Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
-
Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
-
TRİPP layihəsi nə vaxt tamamlanacaq? - Nazir detalları açıqladı
-
Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - VİDEO
-
Azərbaycanda pensiya və sosial yardım alanların sayı AÇIQLANDI
-
MDB-nin subay prezidenti - Maya Sandu “Persona”da
-
Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi
-
İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir - “3 aydır həkimlərdəyəm”
-
“Möhürü də var, apostil də olunub, amma universitetdən cavab gəlir ki, belə tələbəmiz yoxdur” - Şikayət
-
ABŞ-ın Küveytdəki bazasına zərbələr endirilib - SEPAH
-
Ramiz Mehdiyev ona verilən cəzadan narazıdır - Şikayət edib
-
Mərdəkan qəsəbəsində yataqxana binası yandı - VİDEO
-
Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı - Video
-
Britaniyadan Ukraynaya hərbi yardım - “Gripen“ qırıcıları ilə bağlı da razılaşma var
-
Yeni rüsum Gürcüstandan gətirilən avtomobillərin qiymətinə təsir edəcək? - VİDEO
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VİDEO
-
8 Noyabr prospekti 2 həftədir təmirdədir... - “Nə var üstünü örtməyə?”+Video
-
“Mançester Siti” Holanı satmağa hazırlaşır - 175 milyon avro tələb edcək
-
Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO
-
Anna Akopyan tıxacda qaldı -Qadın sürücüləri etiraza çağırdı
-
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir
-
ƏDV güzəşti uzadılır - çörək və ərzaq ucuzlaşacaqmı?
-
Prokuror məşhur iş adamlarına cəza istəyəcək - 800 min manatlıq mənimsəmə
-
“Meridian Luks“, “Vegas City Hall“, “Sarı Gəlin“ şadlıq saraylarında nöqsanlar - Camış əti, saxta kürü...
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
Etibar Pirverdiyevin adı keçən prosesin qapalı keçirilməsi tələb olundu - QALMAQAL
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Binəqədidə 23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
“İran Vaşinqtona hücum etsə, ABŞ görünməmiş cavab zərbəsi endirəcək“ - Tramp
-
Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?
-
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
-
“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ
-
“Azərbaycan Restaurants“ audit tələbini yerinə yetirmədi - Cərimə olundu
-
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - FOTOLAR
-
Bakıda ilin ən uzun gecəsi olacaq - Tarix açıqlandı
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
-
Yol-nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? - Rəsmi məlumat
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran ABŞ-də “çirkli bomba” partlatmağa hazırlaşır - CNN
-
Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi
-
Bu şəxslərə 70 milyonluq dəstək: 600 mənzil və avtomobillər
-
Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı - VİDEO
-
“ATA Tinqçilik“in 37 min avroluq işi: Direktorun ölkədən çıxışına “stop“ qoyuldu
-
Din xadimləri ilə bağlı yayılan məlumatlar barədə - Xəbərdarlıq
-
“Türkiyəyə bir də zibilli ayağını basmayacağını bəyan edir...“ - Deputatdan sərt açıqlama
-
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
-
Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir - Hansı qurumlar bağlanacaq?
-
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad
-
Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - FOTO
-
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
TOP 10
ARXİV






