“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Hotellərdə bayram qiymətləri: 750-830 manat - VİDEO

Tarix 16.03.23, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


Novruz bayram günlərində istirahət məkanlarında qiymət artımı çoxunun narazılığına səbəb olub.

Şəkidə yerləşən beşulduzlu hoteldən verilən məlumata görə, bayram günlərinə nəzərdə tutulan xüsusi proqrama görə qiymətlər qalxıb. Hoteldə adi günlərdə bir gecə üçün ikinəfərlik nömrələrdə qiymət 150 manat, martın 20-22-də isə 230 manatdır. 

Qubadakı beşulduzlu hotelin marketinq menecerinin sözlərinə görə, bahalaşma tələbatın artması ilə bağlıdır. Onlarda həftəiçi adi günlərdə birgecəlik nömrənin qiyməti 135 manatdır. Bayramda isə fərqli qiymət təklif edilir.

Digər hotellərdə də qiymət artımı müşahidə edilir. Məsələn, Şabranda yerləşən beşulduzlu hoteldə adi günlərdə bir gecə üçün ikinəfərlik nömrənin qiyməti 125-180 manat olduğu halda, martın 20-22-də 310-360 manat arasında dəyişir. 

Cənub mirvarisi Lənkəranda hoteldə adi günlərdə qiymət 140-210 manat, martın 20-22-də 750 manat, Şamaxıdakı hoteldə adi günlərdə qiymət 160-250 manat, martın 20-22-də 640-830 manatdır.
Ekspertlər qiymət artımını hotellərin sayının azlığı ilə izah edirlər. 

Turizm eksperti Ceyhun Aşurov bildirib ki, bayram günlərində hotel və istirahət mərkəzlərinin əksəriyyətində yerlər dolu olsa da, turistlər üçün güzəştlər nəzərdə tutulmur. 

C.Aşurov onu da əlavə edib ki, hər hansı bayramda xarici ölkələrdə də hotellərin qiymətində artım müşahidə edilir. Tələbat azaldıqca qiymətlər də düşür.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:





Xəbərin oxunma sayı : 736




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap