Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Gömrük rüsumu ləğv edildi – Bu məhsullar ucuzlaşacaq

Tarix 03.05.23, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi?

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli “Bakupost.az”a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək:

“Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək”.

İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur:

“Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir”.



Xəbərin oxunma sayı : 796




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap