“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İran Hörmüzdə gəmilərdən xidmət haqqı alacaq - Parlament təsdiqlədi

Tarix 24.08.26, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazından keçərkən gəmilərdən müxtəlif xidmətlərə görə ödəniş tələb edən müddəanı təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Komitənin rəsmi nümayəndəsi Həsən Qaşqavi “Mehr” xəbər agentliyinə danışıb.
O bildirib ki, burada komitənin əvvəllər müzakirə etmədiyi “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsinin 3-cü maddəsinə istinad edilir.

Təsdiq edilmiş müddəaya əsasən, boğazdan keçməsinə icazə verilən ölkələrin gəmilərindən dənizçilik və ətraf mühit xidmətləri, xüsusi şərtlər altında yanacaq doldurma, sığorta, təhlükəsizlik və digər xidmət növləri üçün ödənişlər alınacaq. Onlar İran rialı və ya İslam Respublikasının məqbul hesab etdiyi digər valyuta ilə ödənilə biləcək.

Qaşqavi naviqasiyanı tənzimləyərkən sahil dövlətlərinin hüquqlarını və suverenliyini nəzərə almaq lazım olduğunu vurğulayıb. O, beynəlxalq hüquqda təsbit edilmiş naviqasiya azadlığı ilə paralel olaraq, Hörmüz boğazı ilə həmsərhəd olan ölkələrin təhlükəsizliyi və suverenliyinin də qorunub saxlanılmalı olduğunu qeyd edib.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap