Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Deputatlığa namizədlərə qadağa qoyuldu - Bunu edə bilməyəcəklər

Tarix 04.08.24, 10:27

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin birinci mərhələsi başa çatdı. Dünəndən etibarən, Milli Məclisin deputatı olmaq istəyən şəxslərin müraciəti üçün tələb olunan müvafiq sənədlərin qəbulu dayandırılıb.

Növbəti mərhələdə - 2-9 avqust tarixlərində sənədlərin monitorinqi aparılacaq və namizədlərlə bağlı yekun qərar veriləcək. Seçki marafonuna təxminən 1000-ə yaxın namizədin qoşulacağı gözlənilir. 2020-ci ildə olduğu kimi, bu dəfə də parlament seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, 21 gün davam edəcək təbliğat-təşviqat kampaniyası avqustun 9-da start götürəcək. Bu mərhələ çərçivəsində namizədlərin seçicilərlə canlı görüşləri reallaşacaq. onlayn aptek

“Yeni Sabah” bununla bağlı maraqlı məlumatlar əldə edib. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərindən biri bizimlə söhbət zamanı deyib ki, DSK-lar vasitəsi ilə namizədlərin nəzərinə bəzi vacib məqamlar çatdırılıb. Onlara təbliğat-təşviqat kampaniyası çərçivəsində necə davranmalı olduqlarına dair tövsiyələr verilib.

Mənbənin dediyinə görə, deputatlığa namizədliyi qeydə alınmış şəxslərə bəzi hərəkətlərdən çəkinmək tövsiyə edilib. Bu sıraya ilk növbədə yaşlı insanların - baba və nənələrin öpülməsi, onlara münasibətdə qıcıq doğuracaq yaxınlığın edilməməsi daxildir. MSK-da hesab edirlər ki, bu cür davranış cəmiyyətdə məzhəkə obyektinə çevrildiyi üçün deputatlığa namizədlərin belə hərəkətlər etməsi məqbul deyil. Namizədlərə azyaşlılara münasibətdə də məsafə saxlamaq tövsiyə olunub. Onların diqqətinə azyaşlılardan reklam məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi çatdırılıb.

MSK üzvünün dediyinə görə, namizədlərə deputatların səlahiyyətlərinə daxil olmayan vədlərin verilməsi də qadağan olunub: “Bildiyiniz kimi, hər seçkidə namizədlər seçicilərə məktəb, xəstəxana tikdirəcəklərinə, yol, körpü çəkdirəcəklərinə, arteziyan qazdıracaqlarına dair vədlər verirlər. Hansı ki, bu vəzifələr birbaşa yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və digər dövlət qurumlarının səlahiyyətinə daxildir. Bu dəfə namizədlərə analoji vədlərlə çıxış etmək qadağan edilib”.

Mənbə iddia edib ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədlər tərəfindən populist vədlərin verilməsi hallarına rastlanmayacaq.



Xəbərin oxunma sayı : 628




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap