“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Deputatın qardaşı vergi borcu ödəyə bilmir? - “Absheron City“ MTK məhkəməyə verilib

Tarix 09.08.24, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Tahir Mirkişilinin qardaşı, "Absheron City" Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbəri Şahin Mirkişili hələ də vergi borcunu ödəməyib. 

Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl mediada məlumat yayılmışdı ki, "Absheron City" MTK-nın 592 357,30 manat vergi borcu olub. 

Şirkət 6 ay ərzində bu borcun yalnız yarısını ödəyə bilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, hazırda "Absheron City" MTK-nın 204 848,82 manat vergi borcu var. Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi şirkəti məhkəməyə verib. Şahin Mirkişili isə işə maraqlı şəxs qismində cəlb edilib. 

İdarənin iddia tələbi Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ibarətdir. 

İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.

Avqustun 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Fərman Həmidlinin sədrliyi ilə keçiriləcək.



Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap