“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Bu ərazilər Azərbaycan ordusunun nəzarətinə keçəcək: İrəvanda nədən qorxurlar?

Tarix 12.02.24, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Prezident seçkilərinin bitməsindən sonra Ermənistanla sülh danışıqları yenidən aktuallaşdı. Bakı-İrəvan xəttindəki danışıqları istiqamətlər üzrə bir neçə komponentə bölmək olar. Onlardan biri də sərhədin delimitasiyası çərçivəsində işğal altında qalan 8 kəndin azad edilməsidir. Ermənistanda bununla bağlı iki kontekstdə müzakirələr gedir: hakimiyyətə yaxın dairələr 8 kəndin o qədər də əhəmiyyətli olmadığını və sülh naminə problemin həll edilməli olduğunu vurğulayır; müxalifət isə bu kəndlərin qaytarılacağı halda, strateji baxımdan böyük itkilərlə üzləşəcəklərini iddia edir.

Publika.az xəbər verir ki, iranşünas ekspert Vardan Voskanyan 8 kənd qaytarılacağı halda Bakının böyük strateji üstünlük əldə edəcəyi fikrini ortaya atıb.

"Tavuş istiqamətində kəndlər (Qazaxın 7 kəndi) qaytarılarsa, bu, Ermənistan və Gürcüstan arasında strateji yolların Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcək. Tiqranaşen (Kərki kəndi) qaytarılarsa, Ermənistanın İrana gedən marşrutları Azərbaycan ordusunun nəzarətinə keçəcək. Bu isə təkcə İranla əlaqənin yox, həm də Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin də Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Buna görə də həmin ərazilər təkcə kəndlərdən ibarət deyil, bütövlükdə regional nəqliyyat müstəvisində əhəmiyyətli açarlardandır”, - erməni ekspert iddia edib.

Qeyd edək ki, Azərbaycan işğal altında qalan 8 kəndlə bağlı mövqeyini elan edib: anklav olmayan 4 kənd ilkin mərhələdə qaytarılır, anklav olan 4 kənd sonrakı mərhələdə müzakirə edilir. Bu məsələ sərhədin delimitasiyası üzrə komissiyaların gündəliyinə daxildir.



Xəbərin oxunma sayı : 388




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap