“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakı metrosunda interval azalacaq? - RƏSMİ

Tarix 24.08.26, 18:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakı metropolitenində qarşıdakı dövrdə xətlər üzrə qatarların hərəkət intervalının azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır.

AzFakt.com xəbər verir ki,  bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır.

Qeyd olunub ki, Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində gur saatlarda hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunelin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafiki tərtib edilib:

"Nəticədə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb, Qırmızı xətdə isə 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30 saniyəyə endirilib.

Bunun üçün Qırmızı xətt üzrə müvafiq gücləndirmə və optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların "İçərişəhər" stansiyasını daha operativ tərk etməsi təmin edilib".

Qurumdan, həmçinin bildirilib ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi, "28 May-Nizami" stansiyaları arasında hərəkətin dayandırılması metroda sərnişin sayının azalmasına səbəb olub:

"Bu, sərnişinlərin bir qisminin məhz xətdən-xəttə keçid üçün həmin istiqamətdən istifadə etməsi ilə əlaqədardır.

Bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbatın artması nəzərə alınaraq daşımaların sərnişin tələbatına uyğun təşkili və sərnişinlərin düzgün yönləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əlaqəli fəaliyyət həyata keçirilir".



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap