“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Yeni yoluxma halı müəyyən edilməyib“ - Nazirlikdən qarayara açıqlaması

Tarix 21.08.26, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir.
Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur:
"Səhiyyə Nazirliyi tərəfindən epidemioloji vəziyyətə nəzarət davam etdirilir".

Qeyd edilib ki, Samux rayonunun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib:

"Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda, hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən 15 avqust 2026-cı il tarixindən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib".

Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb".

Məlumatda bildirilib ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.



Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap