“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ Kanada ilə ticarət müharibəsi aparır - Kanadanın Baş naziri

Tarix 23.08.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Kanada ilə ABŞ "ticarət müharibəsi" şəraitindədir.

AzFakt.com xəbər verir ki, bu fikri Kanadanın Baş naziri Mark Karni mətbuat konfransında səsləndirib: "Hücuma məruz qaldığınız zaman müharibəyə girirsiniz." O, iki ölkə arasında ticarət danışıqlarının uğursuzluğuna və ABŞ-ın Kanadaya tarif tətbiq etmək qərarına toxunaraq qeyd edib: "Biz indi ABŞ-ın bu ticarət müharibəsinə başladığı vaxtdan daha güclüyük. Biz daha birləşmişik, daha qətiyyətliyik, daha iddialıyıq”.

Karni prosesi Vaşinqtonun başlatdığını bildirib: "Vaşinqtondan bizə gələn fırtınanı idarə edə bilmərik. Lakin Kanadanı gücləndirməklə və xarici ticarət əlaqələrimizi şaxələndirməklə yeni bir yol çəkə bilərik”.
Kanada baş naziri həmçinin "Amerika dəyişib" deyə vurğulayıb. Karninin sözlərinə görə, hazırkı ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Vaşinqton "ən yaxın müttəfiqlərinə tariflər tətbiq edir və iqtisadi inteqrasiyanı silaha çevirir".

Bundan əvvəl ABŞ-la ticarət danışıqlarını dayandırdığını açıqlayan Karni bildirib ki, Ottava "işçiləri və müəssisələri qorumaq üçün" cavab tarifləri tətbiq edəcək. Onların 8 sentyabrda qüvvəyə minməsi planlaşdırılır.



Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap