“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sumqayıtda yataqxana sakinləri ətrafdakı tikinti işlərindən narazıdır - VİDEO

Tarix 24.08.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda yataqxana sakinləri tikinti işlərindən narazıdır.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllədə yerləşən 85 saylı yataqxanada yaşayan bir neçə ailə yaxınlıqda aparılan tikinti işlərindən şikayətçidir.

Sakinlərin sözlərinə görə, tikinti ərazisi yataqxananı demək olar ki, dörd tərəfdən əhatə edib. Qəzalı vəziyyətdə olduğu bildirilən yataqxana binasının ətrafında aparılan işlər sakinlərin narahatlığını daha da artırıb.

 Qeyd edək ki, ərazidə tikinti işlərini "KM Group" şirkəti həyata keçirir. Məsələ ilə bağlı şirkətdən bildirilib ki, 85 saylı Peşə Liseyinin nəzdindəki yataqxana binası və ona təhkim olunmuş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının rəsmi sərəncamı əsasında hüquqi müstəvidə "KM Group"un istifadəsinə və sərəncamına verilib. Şirkətdən bildirildi ki, sözügedən yataqxanada yaşayan şəxslərin orada məskunlaşması qanunsuzdur.

Qeyd olunub ki, yataqxana binası əvvəllər müvafiq qaydada tam boşaldılaraq aidiyyəti üzrə təhvil verilib. Daha sonra isə bir qrup vətəndaş tərəfindən binada yenidən özbaşına məskunlaşma baş verib.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap