“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır

Tarix 22.08.26, 11:45

Font ölçüsü : - / +
bitmap-img6


Gələn aydan Azərbaycanda sahibkarlar üçün bir sıra yeni güzəştlər qüvvəyə minir.

AzFakt.com Modern-ə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya ediləcək.

Belə ki, sentybarın 1-dən Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

Yeni mexanizm xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

Sentyabrın 1-dən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu güzəşt dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq.

Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınmalarda dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizindən, dəniz daşımalarında isə 5 faizindən çox ola bilməyəcək.

Yeni mexanizm Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək.

Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımların bir hissəsi də dövlət büdcəsi hesabına kompensasiya olunacaq.

Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.

Sentyabrın 1-dən daha bir vergi yeniliyi qüvvəyə minir. Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap