“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik

Tarix 22.08.26, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


Uzun illərdir birgə yol gələn iki yaxın şəxsin artıq ayrılmaq mərhələsinə gəldiyi iddia olunur.

AzFakt.com bildirir ki, Bizimesr.media-ya daxil olan məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru Elnur Əliyevin tutduğu vəzifədən öz istəyi ilə uzaqlaşmasını istəyir. Məlumata əsasən, son dövrlərdə Elnur Əliyevin ölkənin təhsil sistemində təsir imkanlarının əhəmiyyətli dərəcədə artması nazirlik daxilində narazılığa səbəb olub. İddialara görə, onun müxtəlif Agentliklər üzərində nəzarəti ələ alması və imkanlarını genişləndirməsi, iri maliyyəli layihələrin idarə edilməsində rolunun artması və qəbul etdiyi qərarların təhsil sistemində əlavə problemlər yaratması Emin Əmrullayevlə münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarıb.

Bildirilir ki, Elnur Əliyevə fəaliyyəti ilə bağlı narazılıq dolayısı ilə çatdırılıb. Hətta ona tutduğu vəzifədən və nəzarətində olan bəzi istiqamətlərdən geri çəkilməsi ilə bağlı tövsiyələr verildiyi iddia edilir. Lakin bu yanaşmanın Elnur Əliyevin mövqeyini zəiflətmək əvəzinə, əksinə, onun daha sərt mövqe nümayiş etdirməsinə səbəb olacağı ehtimal olunur.

Məlumata görə, təhsil sistemindəki təsir imkanlarının genişlənməsi Elnur Əliyevin gələcəkdə daha yüksək vəzifəyə iddia edə biləcəyi ilə bağlı ehtimalları da gündəmə gətirib.

Eyni zamanda, son dövrlərdə təhsil sistemində baş verən bir sıra qalmaqalların Elnur Əliyevin fəaliyyətinə münasibətdə narazılığı daha da artırdığı iddia olunur. Xüsusilə keçirilən müəllim imtahanları zamanı sualların məzmunu ilə bağlı pedaqoqlar arasında ciddi narazılıqların yaranması diqqət çəkdi. Müəllimlər tərəfindən imtahan suallarının proqramla uyğunluğu və hazırlanma prinsipləri ilə bağlı müxtəlif iradlar səsləndirilsə də, sualların hazırlanmasında iştirak edən Təhsil İnstitutunun bu məsələlərə münasibətdə yetərli açıqlama vermədiyi bəlli oldu.
Narazılığın digər istiqaməti isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi imtahanlarla bağlıdır. İddialara görə, həmin imtahanlarda istifadə olunan sualların müzakirəyə açıq şəkildə təqdim edilməməsi və imtahan iştirakçılarının suallarla bağlı etirazlarının cavabsız qalması ciddi suallar yaradıb. Bu sahə üzrə imtahan sualları da Təhsil İnstitutu tərəfindən aparılır.

Beləliklə, təhsil sistemində uzun müddət bir-birinə yaxın mövqedə dayanan Emin Əmrullayev və Elnur Əliyev arasında münasibətlərin hansı mərhələdə olduğu və bu qarşıdurmanın kadr dəyişikliklərinə gətirib çıxarıb-çıxarmayacağı maraq doğurur.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap