| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
Tarix 02.11.26, 10:20 |
|
Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss edilir. Aparılan qiymət monitorinqinə görə, bəzi yağ məhsullarının qiyməti qısa müddətdə altı manatdan çox artıb. Artımlar avqustun 24-dən oktyabrın 1-dək qeydə alınıb.
Yağların eyni vaxtda bahalaşmasına hansı amillər təsir edir? Artım dünya bazarındakı dəyişikliklərlə, yoxsa yerli istehsal və satış xərcləri ilə bağlıdır?
Həm xarici, həm də daxili amillər
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda kərə və duru yağların qiymətinin eyni vaxtda artmasına bir neçə amil təsir edir: “Bu məhsulların istehsal zəncirləri fərqli olsa da, idxal, daşınma və qablaşdırma xərcləri, enerji qiymətləri, ticarət əlavələri və daxili bazarda rəqabətin səviyyəsi hər iki məhsul qrupunun qiymətində rol oynayır. Kərə yağının qiyməti süd istehsalının maya dəyərindən, heyvan yemlərinin qiymətindən, beynəlxalq tələb və təklifdən, eləcə də ixracatçı ölkələrdə istehsalın həcmindən asılıdır. Bitki yağlarının qiymətinə isə günəbaxan, palma, soya və digər yağlı bitkilərin dünya bazarındakı qiymətləri, emal xərcləri və ixrac məhdudiyyətləri təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin sentyabrında bitki yağlarının beynəlxalq qiymət indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,3 faiz artıb. Artım əsasən palma yağının bahalaşması ilə əlaqələndirilir. Bununla belə, həmin ay günəbaxan yağının dünya qiymətləri azalıb, süd məhsullarının qiymət indeksi isə sabit qalıb. Bu göstəricilər Azərbaycanda bütün yağların eyni vaxtda bahalaşmasını yalnız dünya bazarındakı dəyişikliklərlə izah etməyin mümkün olmadığını göstərir”.
A.Nəsirli bildirdi ki, daxili bazarda kərə yağı istehsalının azalması da qiymətlərə təsir göstərə bilər: “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 045 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır. Eyni zamanda, kərə yağı idxalının 21 faiz artdığı bildirilir. İdxalın artması daxili təklifin müəyyən hissəsini kompensasiya etsə də, qiymətlərin azalmasına zəmanət vermir. Məhsulun alış qiyməti, daşınma, sığorta, anbar və pərakəndə satış xərcləri də son qiymətə təsir edir. Yerli istehsal olan yağların qiyməti xammal, qablaşdırma, enerji və logistika xərclərindən də asılıdır. İstehsalda idxal olunan materiallardan istifadə edilməsi xarici bazarlardakı qiymət dəyişikliklərinin yerli məhsullara da təsir göstərməsinə səbəb ola bilər. Bundan başqa, satış şəbəkələrinin qiymət siyasəti və bazardakı rəqabət səviyyəsi də mühüm rol oynayır”.
“Qiymət artımını yalnız xərclərlə əsaslandırmaq olmaz”
İqtisadçının fikrincə, bəzi məhsulların qiymətinin qısa müddətdə bir neçə manat artmasını yalnız istehsal xərclərinin yüksəlməsi ilə əsaslandırmaq olmaz. Eyni məhsulun topdansatış qiyməti dəyişmədiyi halda pərakəndə satış qiyməti kəskin artırsa, fərqin hansı mərhələdə yarandığı araşdırılmalıdır: “İdxalçıların, distribüterlərin və mağazaların alış-satış qiymətlərinin müqayisəsi bahalaşmanın səbəblərini daha dəqiq müəyyənləşdirməyə imkan verə bilər. Yaxın aylarda yağların qiymətində kəskin ucuzlaşma gözlənilmir. Dünya bazarında bitki yağlarının bahalaşması və Azərbaycanda kərə yağı istehsalının azalması qiymətlərə təzyiq göstərəcək. Bununla belə, beynəlxalq bazarda qiymətlər sabitləşərsə, bəzi yağ növlərində ucuzlaşma mümkündür. Daxili qiymətlərin dəyişməsi rəqabətdən və ticarət şəbəkələrinin qiymət siyasətindən də asılı olacaq”.
“İdxal ucuzlaşmaya zəmanət vermir”
İqtisadçı-ekspert Xalid Kərimli isə bildirdi ki, kərə və duru yağların qiymətinə məhsulların idxal qiyməti, daşınma, saxlanma, qablaşdırma və pərakəndə satış xərcləri təsir edir: “Kərə yağının idxal qiymətinin aşağı düşməsi mağazalardakı satış qiymətinin də azalacağı demək deyil. Çünki məhsul ölkəyə gətirildikdən sonra onun saxlanması, anbarlardan satış məntəqələrinə daşınması və digər əməliyyatlar əlavə xərc yaradır. Nəticədə idxal qiymətindəki azalma pərakəndə satış qiymətində eyni səviyyədə əks olunmaya bilər. Kərə yağı idxalının fiziki həcminin və yerli istehsalın azalması da bazarda təklifə təsir göstərən amillərdəndir. Bazara daxil olan məhsulun və yerli istehsalın azalması mövcud tələbatın ödənilməsini çətinləşdirir. Belə şəraitdə idxal qiymətləri aşağı düşsə belə, bu, mağazalarda kərə yağının ucuzlaşmasına zəmanət vermir. Qiymətlərin dəyişməsi həm də məhsulun nə qədər həcmdə bazara çıxarılmasından, mövcud ehtiyatlardan və satış zəncirində yaranan xərclərdən asılıdır”.
X.Kərimlinin sözlərinə görə, duru yağların qiymətinə təsir edən amilləri isə onların istehsalında istifadə olunan xammalın dəyəri, idxal və emal xərcləri ilə yanaşı, daşınma və qablaşdırma məsrəfləri baxımından qiymətləndirmək lazımdır: “Müxtəlif yağ növlərinin istehsal və təchizat zəncirləri fərqli olduğundan onların qiymətləri də eyni səbəblərdən və eyni həcmdə dəyişməyə bilər. Buna görə də kərə yağı, günəbaxan, qarğıdalı və zeytun yağlarının qiymət artımını vahid səbəblə izah etmək düzgün olmaz. Qiymət artımının hansı mərhələdə yarandığını müəyyənləşdirmək üçün məhsulların idxal, topdansatış və pərakəndə satış qiymətlərini müqayisə etmək vacibdir. Əgər məhsulun idxal və ya topdansatış qiymətində ciddi dəyişiklik olmadığı halda mağazadakı qiyməti kəskin yüksəlirsə, bu fərqin səbəbləri ayrıca araşdırılmalıdır”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 169
Sosial
Xəbərlər
-
“Meduza“dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
-
Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata
-
Sərhəddə hərbçilərimizə atəş açılıb - RƏSMİ
-
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
-
Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir - Uşakov
-
Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı - VİDEO
-
Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
-
Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət aldı
-
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır - Tramp
-
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
-
Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
TOP 10
ARXİV






