“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Yeni Maydan Kiyevi təslim olmağa sövq edəcək” - Medvedyev

Tarix 10.07.24, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyir ki, Ukraynada yeni Maydan hərəkatı Kiyevi Rusiya ilə danışıqlara və təslim olmağa məcbur edə bilər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Medvedyevin sözlərinə görə, xüsusi hərbi əməliyyat zonasında atəşkəs və Kiyevin hazırkı şəraitdə NATO-ya üzv olmaqdan imtina haqqında bəyannamə imzalaması çətin ki, münaqişənin yekun həllinə gətirib çıxara bilər, lakin bu, “üçüncü qanlı Maydan”ın başlanmasına, radikalların hakimiyyə gəlməsinə gətirib çıxaracaq.

“Sonra, qəribə də olsa, danışıqlar üçün şərtlər, o cümlədən təslim olmaq məsələsi yarana bilər. Qərb alyansı üçün aşkar ekstremistlərə kömək etmək daha çətin olacaq”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini hesab edir.

Bundan əlavə, Medvedyev hesab edir ki, ABŞ və onun müttəfiqləri öz vətəndaşlarının yüz milyardlarla vergisini israf etdiklərini açıq şəkildə etiraf etməli olacaqlar və son nəticədə Qərb Kiyevi sülhə məcbur etmək məcburiyyətində qalacaq.

Siyasətçinin fikrincə, nəticədə Ukrayna rəhbərliyi mühacirət edəcək və ya “izdiham tərəfindən parçalanacaq”, ölkənin qalan ərazisində isə daha dinc siyasi rejim qurulacaq.

Qeyd edək ki, son iki il yarımda Rusiyanın 3-cü prezidenti dəfələrlə bu sayaq utopik mülahizələrlə çıxış edib.



Xəbərin oxunma sayı : 733




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap