“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdi: Nə baş verib?

Tarix 10.09.26, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Əlcəzair hakimiyyəti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsir.

Bu barədə cümə axşamı Əlcəzair mediası ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Qərar “ikitərəfli münasibətləri qoruyub saxlamaq üçün bütün imkanların tükənməsindən” sonra qəbul edilib.

Fransızdilli KİV-in məlumatına görə, son bir neçə ildə Əlcəzairlə BƏƏ arasında münasibətlər gərgin olub. Əlcəzair dəfələrlə Əbu-Dabini ölkənin daxili işlərinə, o cümlədən seçkilərə müdaxilə etməkdə ittiham edib.

Son illərdə hər iki ölkə bir sıra regional münaqişələrlə bağlı məsələlərdə çox vaxt fərqli mövqelər tutub. Bundan əlavə, BƏƏ Əlcəzairlə ərazi mübahisəsində Mərakeşi dəstəkləyir.

Az öncə Əlcəzaitin Xarici İşlər Nazirliyinin bəyanat yayaraq, BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarını elan edib. Bəyanatda qeyd olunub:

"Birləşmiş Ərəb Əmirliklərindən gələn təxribatçı və ya düşmən münasibətli addımların artması fonunda Əlcəzair yüksək təmkin və məsuliyyət nümayiş etdirib. Dövlətlərarası münasibətləri tənzimləyən prinsiplərə tam hörmət ruhundan çıxış edən Əlcəzair BƏƏ tərəfinin diqqətini bu məsələyə yönəltmək və onun təəssüf doğuran və əsassız davranışlarının ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar etmək üçün bütün səylərini göstərib.

Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri bu davranışlarını davam etdirib və vəziyyət elə həddə çatıb ki, bu addımları artıq iki suveren dövlət arasındakı münasibətlər çərçivəsində qəbuledilən və ya dözülə bilən hesab etmək, yaxud onlara cavab vermədən keçmək mümkün deyil.

Bununla əlaqədar, ikitərəfli münasibətləri qoruyub saxlamaq üçün bütün imkanlar tükəndikdən sonra Əlcəzair hökuməti bu gün Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Birləşmiş Ərəb Əmirliklərinin səfiri bu gün, 10 sentyabr 2026-cı ildə Xarici İşlər Nazirliyinə çağırılıb və qərarın məzmunu ona rəsmi şəkildə bildirilib. Səfirə bu qərarın icrası üçün 48 saat vaxt verildiyi də çatdırılıb”.

Politoloq Sergey Balmasov isə bildirib ki, Əlcəzair Mali, Niger və Burkina-Fasoda iki ölkə arasında yaranan iqtisadi ziddiyyətlər səbəbindən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib: "Əlcəzair hesab edir ki, Əmirliklər oradan Avropaya qaz tədarükü layihəsinin həyata keçirilməsinə mane olur. Məsələ ondadır ki, Əlcəzairin layihələrinə (BƏƏ tərəfindən) fəal müqavimət Saheldə göstərilir. Bura Afrikanın şimalı ilə tropik hissəsi arasında yerləşən regiondur. Atlantik okeanından Qırmızı dənizədək uzanan geniş ərazi – Mali, Niger, Burkina-Faso – nəhəng bir regiondur. Əlcəzair üçün burada əsas əhəmiyyət daşıyan ölkələr Mali və Nigerdir".

Balmasovun sözlərinə görə, BƏƏ Afrikada Nigeriya qazının Niger və Əlcəzair üzərindən Avropaya nəqlini nəzərdə tutan Transsəhra qaz kəmərinin həyata keçirilməsinə fəal şəkildə mane olur. Analitikin sözlərinə görə, Əlcəzair Nigeriyadan illik 30 milyard kubmetr həcmində ucuz qaz nəql etməyi planlaşdırır. O əlavə edib ki, BƏƏ adıçəkilən qaz kəmərinə alternativ layihənin əsas maliyyə sponsorlarından biri hesab olunur. Söhbət Qərbi Afrika sahilləri boyunca çəkilməsi planlaşdırılan Afrika-Atlantik qaz kəmərindən gedir:

"Əlcəzair mətbuatına nəzər salsaq, Əmirliklərin orada son beş il ərzində İsraildən bir qədər yaxşı vəziyyətdə olan düşmən ölkə kimi təqdim edildiyini görərik".

Politoloq həmçinin Əlcəzairdə diplomatik münasibətlərin BƏƏ ilə kəsilməsi barədə məlumatı niyə ölkənin rəsmi şəxslərinin deyil, məhz KİV-in yaydığını izah edib. Balmasovun sözlərinə görə, Əlcəzair mətbuatı ölkə hakimiyyətinin icazəsi olmadan heç bir məlumat dərc edə bilməz. Buna görə də o, belə xəbərə etibar etməyin mümkün olduğunu bildirib. (Qaynarinfo)



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap