“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko

Tarix 10.09.26, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə sürətlə yayılan qumar oyunları və kazino reklamları ilə bağlı ailəsinin adının hallandırılmasına kəskin reaksiya verib.

“BelTA” agentliyi xəbər verir ki, Belarus lideri Minskdə keçirilən hökumət iclasında mövzu ilə bağlı sərt ifadələr işlədib.

Lukaşenko xüsusilə onlayn kazinoların məşhur reklam şüarlarına diqqət çəkərək ailəsinə qarşı irəli sürülən iddiaları təkzib edib:

“Hər yerə onlayn kazino reklamlarını asmısınız. Artıq iş o yerə çatıb ki, guya bu bizneslə mənim ailəm məşğul olur. Mənim ailəm... Əksinə, ailəm hər gün mənə təzyiq edir, məni boğurlar ki, bu məsələyə diqqət ayırım. Belarusda hamı bundan istifadə edir. Ölkəni tamamilə kazinoya çevirmisiniz”.

Belarus prezidenti Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoya ölkədəki qumar biznesi və onun reklamları ilə bağlı ciddi araşdırma aparılması üçün qəti tapşırıq verib. Krutoyun ölkədə qumar sferasının “sərt tənzimləndiyini” bildirməsinə cavab olaraq isə Lukaşenko “Kağız üzərində tənzimlənib, amma reallıqda ölkə kazinoya dönüb” deyə təkrarlayıb.

Qeyd edək ki, son dövrlər Postsovet məkanında onlayn-kazinolar və qeyri-qanuni bukmeker kontorları ludomaniyaya (qumar aludəçiliyi) səbəb olduğu üçün dövlətlər tərəfindən nəzarət tədbirləri kəskin şəkildə artırılır.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap