Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunları necə pozur? - Şok səbəb

Tarix 10.02.25, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunlarını ayaq altına atır. 2024-cü ilin dekabrın son 10 günü ərzində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərində çoxsaylı yaşayış komlekslərinə külli miqdarda cərimə yazıb. 

Apardığımız araşdırma zamanı bu cərimlərin qanunun heç bir maddəsi ilə təsbit edilmədiyi ortaya çıxır. Ən maraqlısı odur ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yazdıqları cərimlərin hansı səbəbdən ortaya çıxdığını və yazılan cərimələrin aktlarını binaları idarə edən  MMMC-lərə təqdim etməyib.  Nəzərinizə çatdırırıq ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu var. 28 oktyabr 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu normativ hüquqi akt “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nəzdində yaranan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Sənədin 72-ci maddəsinin tələblərinə görə, “Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Təəssüf, yeni adı dəyişən və sələfinin səhflərini təkrarlamayacağı gözlənilən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mütəmadi olaraq bu və digər qanunlarımızı pozur, buna görə qurumun vəzifəli və cavabdeh şəxslərinə “gözün üstə qaşın var” deyən tapılmır.

Bu da fakt! 2024-cü ilin dekabrın 28 dekabr 2024-cü ildə Yasamal rayonu, Hüseyn Cavid prospekti bina 73-də “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan binaya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları 2030 AZN  borc yazıb. Nə qədər də gülməli olsa da, nədənsə Xidmətin əməkdaşları yazdıqları cərimənin aktını bu günə qədər  “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təqdim etməyib. Bina sakinlərinin və “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin israrlı tələblərinə baxmayaraq keçən 40 gündən artıq müddətdə bu aktlar verilməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti iddia edir ki, “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan binada olan hovuzda su axıntısı var və həmçinin binanın hovuzuda üzgəc(suyun dolmasını bildirən və bağlayan) yoxdur. Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları iddia edir ki, binanın zirzəmisində qanunsuz yolla su axıdılır. Ancaq maraqlıdır ki, Xidmətin əməkdaşları cəriməni yazaraq qaçıblar. Bu qanun pozuntusudur. Bundan bir neçə gün sonra Xidmətin yoxlayıcıları binada yoxlanış aparıblar.  Maraqlıdır ki, yoxlayıcılar binada hər hansı bir su axıntısının olmadığını bildiriblər. Həmçinin binada aparılan yoxlama zamanı yoxlayıcılar binada əlavə su xəttinin olmadığını da qeyd ediblər. Amma bu dəfə də Xidmətin əməkdaşları tərtib olunan aktı “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçilərinə təqdim etməyiblər. Bir sözlə cərimə yaz və qaç…

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qanununu ayaqlar altına atan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti  yəqin ki, tezliklə problemin həlli yolunu tapacaq.

image-2 image-3 image-4






Xəbərin oxunma sayı : 1255




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap