“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İrana 50 gün o rəhbərlik edəcək – Məhəmməd Moxber kimdir+ FOTO

Tarix 20.05.24, 11:59

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopter Şərqi Azərbaycan vilayətinin sərhədlərində meşəlik ərazidə qəzaya uğrayıb. Rəsmi məlumata görə, qəza zamanı ölkə başçısı İbrahim Rəisi başda olmaqla helikopterin göyərtəsindəki hər kəs – Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçil həlak olub.

“AzPolitika” xəbər verir ki, hazırda maraqla gözlənilən məqamlardan biri də İran liderinin ölümündən sonra idarəetmədə hansı addımların atılacağıdır. Qeyd edək ki, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident vəfat edərsə, səlahiyyətləri bir müddət vitse-prezident icra edir. Bu halda, Ayətullah Əli Xameneinin təsdiqinə uyğun olaraq müvəqqəti olaraq vitse-prezident Məhəmməd Moxber prezident postuna keçəcək.


Məhəmməd Moxber kimdir?

1955-ci ildə Xuzistan əyalətinin Dezful şəhərində anadan olan Moxber, 1980-1988-ci illərdə İran-İraq müharibəsində zabit kimi xidmət edib. O, Sinai Bankın İdarə Heyətinin sədri və Xuzistan vilayətinin qubernatorunun müavini vəzifələrində çalışıb. Hazırda vitse-prezident və eyni zamanda Problemlərin Müəyyənləşdirilməsi Şurasının üzvü olan Moxber müxtəlif dövrlərdə sanksiyaya məruz qalan İran idarəçiləri arasında olub.

50 gün ərzində seçki keçiriləcək

İran Konstitusiyasına görə, Moxberin vəzifəsi bu müddətdə ölkəni 50 ekspertdən ibarət komissiya üzvləri ilə idarə edib, ölkəni prezident seçkilərinə aparmaq olacaq. Şura və məhkəmə sədrinin də daxil olacağı komissiya 50 gün ərzində İranı seçkilərə aparacaq.



Xəbərin oxunma sayı : 1033




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap