“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İran böhranı BMT-nin gündəmində: ABŞ təcili iclas tələb edib

Tarix 15.01.26, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ İrandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasından təcili iclas çağırılmasını tələb edib.

Bu barədə "RİA Novosti" mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, görüşün yanvarın 15-də, Bakı vaxtı ilə saat 00:00 keçirilməsi istənilib.

Agentliyin mənbəsinin bildirdiyinə görə, iclas hələ rəsmi olaraq təyin olunmayıb. Toplantının keçirilməsi ilə bağlı qərar BMT Təhlükəsizlik Şurasının Somalidən olan həmsədri tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, yanvarın 14-də İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının (TŞ) sədri Əbukar Dahir Osmana məktub göndərib. Məktubda Tehran İrandakı etirazlar zamanı mülki şəxslərin ölümünə görə ABŞ və İsrailin üzərinə hüquqi məsuliyyət qoyub və TŞ-ni Vaşinqton tərəfindən güc tətbiq edilməsi ilə bağlı təhdidləri pisləməyə çağırıb.

Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialı məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Dekabrın 30-da iğtişaşlara tələbələr də qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb.

Yanvarın 2-də küçələrdə naməlum silahlı şəxslərin qrupları peyda olub və iğtişaşçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar artıb.

İğtişaşlar yanvarın 8-də axşam pik həddə çatıb və bir uşaq da daxil olmaqla, ən azı 12 dinc sakin həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib.

Tehran meri Əlirza Zəkani bildirib ki, iğtişaşçılar paytaxtda 25 məscidi yandırıblar, 26 banka, üç tibb mərkəzinə, 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürmə maşınına, 42 avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər vurublar.

İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırıb və iğtişaşlara görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.



Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap